Çərşənbə, 20 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tədris zamanı aşağı nəticə, amma qəbulda yüksək bal... - Və Təhsil Nazirliyinin qəribə açıqlaması...

Nazirliyin qiymətlərdə güzəşt edilməsi ilə baölı açıqlaması hansı anlama gəlir və nə qədər qanunidir?..

Təhsil eksperti: “Biz orta məktəb qiymətləri ilə ali məktəblərə qəbul zamanı toplanan balları, hətta orta məktəbləri xüsusi fərqlənmə ilə bitirən, qızıl, gümüş medal alanları müqayisə etsək görərik ki, ortada ciddi şəkildə fərq var”.

“Orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 95.36 faizinin qəbul imtahanlarındakı nəticələrinin çox zəif – 0-199 bal intervalında olduğu göstərilib. “5” qiymətlə bitirən məzunların isə yalnız 52.03 faizi attestat qiymətlərini doğrulda bilib”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin tədris prosesində aşağı nəticə göstərən tələbələrin yüksək bal alması ilə bağlı səsləndirilən iddialara bildirdiyi münasibəti PİA.az-a şərh edərkən qeyd edib.

Təhsil Nazirliyi pandemiya şəraitində keçirilən tədris prosesində aşağı nəticə göstərən tələbələrin yüksək bal alması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. Nazirlik rəsmisi qeyd edib ki, ola bilsin qiymətlərdə hansısa dəyişiklik olub. Yaxud da dəyişikliyin mahiyyəti pandemiya şəraitinə görə tələbələrə edilən güzəştlərlə bağlıdır.

Təhsil Nazirliyinin bu bəyanatını necə dəyərləndirmək olar? Ümumiyyələ qiymətlərdə güzəşt edilməsi hansı anlama gəlir və nə qədər qanunidir?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Orta məktəblərdə tədrisin keyfiyyətinə nəzarət və hesabatlılıq yoxdur. Formal xarakterli qiymətlər yazırlar”.

Hətta Olimpiada qaliblərinin nəticələrinin belə qəbul imtahanlarında çox aşağı səviyyədə olduğunu bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bütün bu amillər məktəbdaxili qiymətləndirmənin şəffaf aparılmaması, direktorların öz maraqları müqabilində buna getmələri nəticəsində baş verir:

“İlk növbədə qeyd edim ki, keyfiyyətli təhsilin ən mühüm meyalarından biri də təhsil alanın biliik və bacarığının obyektiv və ədalətli qiymətləndirilməsindən, eləcə də subyektiv təsirlərin aradan qaldırılmasından ibarətdir. İndiyədək tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan və yazılı imtahanlar, məktəbdaxili qiymətləndirmələr heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir.

Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün tələbələr qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.
Biz orta məktəb qiymətləri ilə ali məktəblərə qəbul zamanı toplanan balları, hətta orta məktəbləri xüsusi fərqlənmə ilə bitirən, qızıl, gümüş medal alanları müqayisə etsək görərik ki, ortada ciddi şəkildə fərq var.

Ali məktəblərə qəbul və buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili üzrə apardığım araşdırmada məlum oldu ki, orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 95.36 faizinin qəbul imtahanlarındakı nəticələrinin çox zəif – 0-199 bal intervalında olduğu göstərilib. “5” qiymətlə bitirən məzunların isə yalnız 52.03 faizi attestat qiymətlərini doğrulda bilib.

Kamran Əsədov: “İlk növbədə Təhsil Nazirliyi müəllimlərin peşəkarlıq səviyyəsinin, qiymətləndirmə bacarıqlarının yüksəldilməsi istiqamətində ciddi iş görməlidir”.

Çünki orta məktəblərdə tədrisin keyfiyyətinə nəzarət və hesabatlılıq yoxdur. Formal xarakterli qiymətlər yazırlar. Qəbul imtahanlarında orta məktəblərdə verilən qiymətlərin öz təsdiqini tapmaması məktəbdaxili qiymətləndirmənin standartlara uyğun həyata keçirilmədiyini, qiymətləndirmə zamanı kənar müdaxilənin olduğunu göstərir. Kimsə bacarığından yüksək bal alırsa, bu mütləq şəkildə hər hansı bir kənar təsir nəticəsində baş verir. 5 qiymət alanlar da bunu daha çox digər yollarla həyata keçirirlər. Hətta görürük ki, Olimpiada qaliblərinin nəticələri belə qəbul imtahanlarında çox aşağı səviyyədədir. Bütün bu amillər məktəbdaxili qiymətləndirmənin şəffaf aparılmaması, direktorların öz maraqları müqabilində buna getmələri nəticəsində baş verir.

Düşünürəm ki, yeni məktəbdaxili qiymətləndirmə zamanı şagirdlərin təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını da qiymətləndirmək və qiymətləndirmə zamanı fərdi yanaşma tətbiq etmək lazımdır. Təəssüf ki, orta məktəblərdə çalışan 151 min müəllimimizin məkətbdaxili qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağıdır. İlk növbədə Təhsil Nazirliyi müəllimlərin peşəkarlıq səviyyəsinin, qiymətləndirmə bacarıqlarının yüksəldilməsi istiqamətində ciddi iş görməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanın REB cihazları İranın təlimlərini burnundan gətirib? - SEPAH təlimləri niyə yarıda saxladı?..

İnstitutdan intihara cəhd edən əməkdaş haqqında açıqlama - Yenilənib

Putindən müsahibə alan xanım aparıcıya reaksiya: “Ayaqları ilə nə edir?”

Saxlanılan beş erməni İrəvana təhvil verilir - Foto

Sənay Qəhrəmanlıya təcavüz edən oğlan saxlanıldı - Foto

“Bu hakimiyyət ləyaqətlə getmək şansını əldən verdi”

İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı - Unikal silahlar alınacaq

Əmək pensiyalarının hansı halda yenidən hesablanacağı müəyyənləşib

“Kəşfiyyatçılar ayətullah papağı qoyub lotuluq edirlər...” - Sabir Rüstəmxanlı

Ən çox oxunanalar