Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksi sürücüsü İTV-nin aparıcısını təhdid etdi

Mənə də deyir ki, səninlə başqa yerdə danışacağam...

İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişinin aparıcısı Vüsalə Məmmədovanın "Bolt" taksi xidmətindən istifadə etdiyi zaman başına iş gəlib

O, bu barədə sosial şəbəkədə yazıb. Aparıcı sürücü tərəfindən təhdid olunduğunu bildirib:

"Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi "Arxadan maşın gəlir, saxlaya bilmərəm" deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və "O qapı içəridən açılmır, sol qapıdan düşün" dedi. İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı. Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım.

Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, "Bu işi neyləyək?". "Bolt"da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir... Mənə də deyir ki, səninlə başqa yerdə danışacağam".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar