Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücü 90-lıq yolda 86 ilə radara düşdü: müəmmalı protokol - Video

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir.

PİA.az Xəzər TV-yə istinadla xəbər verir ki, amma sürücü saatda 86 km sürət həddi ilə radara düşüb. Vətəndaş sürət həddini aşmağa görə ünvanına gələn cərimədən narazıdır.

Belə olan halda sürücü hara müraciət etməli, Problem necə həllini tapmalıdır?!

Sürücü iddia edir ki, sürət həddi saatda 90-km olan yolda 86 km sürətlə radara düşüb.

Ona gələn cərimə protokolunda Bakı-Qazax-Gürcüstan avtomagistralının 453-cü kilometrliyində sürətin saatda 60 km olduğu bildirilib.

Onu ərazidə quraşdırılan sürət həddini ölçən cihaz yox, qarşıdan gələn, ərazidə xidmət aparan YPX-nin avtomobili çəkib. Vətəndaş isə cərimə ilə razı deyil.

YPX əməkdaşı isə vətəndaşa texniki səhv olduğunu bildirib. Onu Ağstafa rayonunun Polis Şöbəsində Yol Patrul Xidməti hissəsinə yönləndiriblər.

Bildirilib ki, sürücü cərimənin ləğv edilməsi üçün ərizə ilə Baş Dövlət Yol Polis idarəsinə müraciət etsin.

Eyni zamanda 902 qaynar xəttinə də zəng etməlidir. Vətəndaş YPX əməkdaşının dediyi kimi etsə də gözlədiyi nəticəni əldə edə bilməyib.

Vətəndaş bu cəriməni qısa zamanda ödəməsə avtomobili hər hansı bir stosianar postda saxlanılaraq müvəqqəti duracağa yerləşdirilə bilər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Xəzər Xəbərə açıqlamasında bildirib ki, əgər BDYP-nin cavab məktubu da onu qane etmirsə, vətəndaş özünü haqlı sayırsa, bu halda məsələyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar