Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid anası Əhəd Abıyevi məhkəməyə verdi – Sensasion təfərrüat

Vətən müharibəsinin şəhidi Orxan Şıxıyevin anası Sevda Şıxıyeva ilə Daşkəsən rayon icra başçısı Əhəd Abıyevi arasında aylardır davam edən gərginlik pik həddə çatıb. Rayonun Dəstəfur kənd sakini olan S. Şıxıyeva artıq icra başçısı Ə. Abıyevi barəsində əsassız ittihamlar səsləndirdiyi üçün məhkəməyə verib. Bu haqda Reportyor.info-ya məlumat verilib. Məlumatda deyilir ki, şərəf və ləyaqətinin alçaldıldığını iddia edən şəhid anasının müraciətinə Ə. Abıyevin qeydiyyatda olduğu Bakının Nərimanov rayonu üzrə yerli məhkəmədə baxılacaq.

Bildirilir ki, buna səbəb icra başçısının rayonda şəhid anaları ilə görüşdə S. Şıxıyevanı gözdən salan ifadələr işlətməsi olub. İcra başçısı şəhid anasını müxalifətə və keçmiş nazir Əli İnsanovun partiyası ilə əlaqələrinin olmasında ittiham edib. Həmçinin, tədbirdə şəhid analarını ona qarşı qoyaraq əleyhinə çıxışlar etdirib. İcra başçısı uzun çıxışında S.Şıxıyevanın dövlətə və iqtidara qarşı olduğunu, şəhid adından istifadə etdiyini deyib. Eyni zamanda, icra başçısı kabinetində Şıxıyevanı döyməsi haqda yayılan məlumatları, şəhid anasının öz dilindən onu döydüyünə dair dediklərini cəfəngiyat adlandırıb. İcra başçısı şəhid anasına müxalifətçi damğası vurub, onu Ə. İnsanovun adamı adlandırıb.

Bütün bu açıqlamaların video kadrları yayılıb və onu da təqdim edəcəyik. Şəhid anası da öz növbəsində bu çıxışdan irəli gələrək Ə. Abıyevi məhkəməyə verib və işə Nərimanov rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, bir müddət əvvəl şəhid anası icra başçısının onu döydüyünü bildirmiş, habelə icra nümayəndəsi Lalə Cəfərovanı ittiham etmişdi. Daşkəsən İH isə yaydığı rəsmi açıqlamada bunun yalan olduğunu demişdi. İndisə başçının çıxışında şərəf və ləyaqətinin alçaldığını deyən, üstünə İnsanovçu damğası vurulan Şıxıyeva Abıyevi məhkəməyə verib ki, dediklərini sübuta yetirsin.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar