Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın itkilərinin 20 faizi hava-desant qvvələrinin payına düşür

BBC-nin Rusiya xidməti “Mediazona” portalı və könüllülər komandasıyla birlikdə Rusiya ordusunun Ukraynada itkiləri haqda yeni məlumat dərc ediblər.

"AzPolitika.info" xəbər verir ki, araşdırmaçılar işğalçı ordunun Ukraynada 5701 rusiyalı hərbçisinin öldüyünü təsdiq etməyə nail olublar.

Bir batalyonda ortalama 300 nəfərin olduğunu nəzərə alanda Rusiyanın Ukraynada yarımillik hərbi təcavüz nəticəsində verdiyi itkilər azı 20 batalyon təşkil edir.

Jurnalistlər yalnız yerli hakimiyyət orqanlarının, medianın və ölənlərin yaxınlarının yaydığı informasiyalar əsasında məlumat yığdıqlarını bildirirlər. Ona görə də onlar siyahıdakıların real ölü sayının 40-60 faizini təşkil etdiyini vurğulayırlar.

Ukraynada həlak olmuş 5701 hərbçinin 966 nəfəri, yəni 17 faizi zabitlərdir, onların dördü general, 34-ü polkovnikdir. Rusiya generalının ölümü haqda son xəbər iyunda yayılıb. Ən çox itki aşağı rütbəli zabitləri əhatələyir. Jurnalistlər belə qənaətə gəliblər ki, aşağı rütbəli zabitlər üzrə ölü sayı onların tabeliyində olan sıravilər, serjantlar və praporşiklərlə müqayisədə üç dəfə çoxdur.

Ümumilikdə siyahında ilk yerdə piyadalar və desantçılar gəlir. Avqustun 18-nəcən ölümü təsdiqlənmiş hərbçilərin 20 faizi hava-desant qüvvələrinin payına düşür, 20 faizi isə motoatıcı bölmələri əhatə edir.

Media və rəsmilərin könüllülər adlandırdığı şəxslər arasında ölü sayı sürətlə artan kateqoriyaya aiddir. Bu statusda müharibəyə gedənlər əsasən regionlardan, maaşı yüksək olmayan, yaşı 40-dan yuxarı şəxslərdir. Daha 66 hərbi pilotun ölümü də təsdiqlənib, onlar hərbi elita kimi tanınan mütəxəssislərdir.

Getdikcə Rusiya regionları Ukraynadakı itkilər haqda daha az məlumat paylaşırlar. Mayın sonundan çoxları bunu etmir.

Təsdiqlənmiş itkilər üzrə lider regionlar Dağıstan (270 nəfər), Buryatiya (245) və Krasnodar diyarıdır (206). Məsələn, Moskvadan cəmi 14 hərbçinin ölümü təsdiqlənib. Baxmayaraq ki, paytaxt əhalisi ölkənin 9 faizə yaxınını təşkil edir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) iyulun sonunda Rusiyanın Ukraynada 15 mindən çox itki verdiyini açıqlayıb. Britaniya kəşfiyyatı iyunda 20 min itkidən danışırdı. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiyanın müharibədə 40 min əsgər və zabit itirdiyini bildirir.

Pentaqonun avqustun əvvəlində açıqladığı məlumata görə, Rusiyanın Ukraynadakı itkiləri, ölü və yaralılar daxil olmaqla, 70 mindən 80 minədəkdir. Rusiya ordusu sonuncu dəfə martın 25-də rəsmi itki sayını açıqlayıb, müharibədə 1351 nəfərin həlak olduğunu bildirib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Aprelin bütün sosial ödənişləri yekunlaşıb    

Ən çox oxunanalar