Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan Qərb əleyhinə video

Rusiyanın dövlət televiziyası RT maraqlı bir anti-Qərb videosu yayımlayıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın dövlət televiziyası “Russia Today” (RT) Qərbi ələ salan bir reklam çarxı yayımlayıb.

RT reklamda ailələrin öz ev heyvanlarını yeyib, qaranlıqda yaşayacağı bir gələcəyi göstərib. Çünki Qərbin Ukraynaya təcavüzü ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları enerji xərclərinin artmasına səbəb olub.

75 saniyəlik reklam çarxı iqtisadi şəraitin pisləşdiyi bir vaxtda avropalı ailənin üç ardıcıl Milad bayramını necə qeyd etdiyini göstərir. Reklamda “Səssiz gecə” mahnısının sadə versiyası ilə iki valideyn 2021-ci ildə xoşbəxt qızına qırmızı lentli ev heyvanı hamsteri hədiyyə edir. 2022-ci ildə onlar qaranlıq və soyuq evlərində Milad işıqlarını yandırmaq üçün hamster çarxını miniatür generatora birləşdirirlər.

2023-cü ilə gəldikdə isə halsız vəziyyətdə görünən ailə yalnız bir şorbadan ibarət Milad şam yeməyi üçün palto və şərflərə bürünərək süfrəyə oturur. Birdən dəhşətə gələn ata hamsterin qırmızı lentini ağzından götürəndə ana uşaqlarının hamsterin sulu şorbaya çevrildiyini öyrənməməsi üçün ataya susqunluq siqnalı verir.

Reklamın sonunda isə “Rusiyaya qarşı Milad bayramınız mübarək!”, “Əgər medianız sizə bütün bunların hara getdiyini demirsə, RT VPN (virtual özəl şəbəkə) vasitəsilə buna hazırdır” mesajları verilir.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra RT-nin üzv ölkələrdə yayımını qadağan edib.

pia.az


Etiket: RT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar