Cümə, 12 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Pənah Hüseyn Sahibə Qafarovaya müraciət etdi

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb.

PİA.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli Sədr

Azərbaycan Respublikası Milli Məclisinin Siyasi partiyalar haqqında yeni qnunun hazırlması ilə bağlı siyasi partiyalara müraciət edib buna dair təkliflərini vermələrini istəmisiniz. Azərbaycan Xalq Partiyası müraciətinizə görə təşəkkür edərək aşağıdaklari bildirir.

1. 2020- ci ilin əvvələrindən AR Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyalarla Prezident Admnistrasiyası xəttilə görüş- dialoqlar zamanı Siyasi partiyalar haqqında yeni qanunun hazırlanması, bu işdə siyasi partiyaların təkliflər vermə və ictimai diskussiyalar vasitəsilə iştirakı haqqında müzakirlər aparılıb. Bizə məlumdur ki, bu müddətdə bəzi siyasi partiyalar öz təkliflərini təqdim edib. Azərbaycan Xalq Partiyası qeyd olunan müzakirələrdə və KİV- də yuxarıda göstərilən məsələ barədə öz mövqeyini dəfələrlə açıq, konkret formada ifadə edib.

2. Siyasi partiyalar haqqında yeni qanun qəbul edilməsi təklifinin müəllifləri və təşəbüskarları bunu şərtləndirən və zəruri edən səbəbləri, yeni qanunun hazırlanması təklifinin məqsədini və konsepsiyasını aydın şəkildə əsaslandırmalıdırlar. Belə ki, yeni qanun qəbul etmək yolu ilə siyasi partiyalarda birləşmək və fəaliyyət hüququnun daha da demokratikləşdiriləcəyi əvəzinə, media, bundan əvvəl QHT-lər haqqında qanunlarda olduğu kimi məhdudlaşdırılacağına dair əsassız görünməyən narahatlıqlar vardır. Diqqətə çatdırırıq ki, Milli Məclis “Siyasi partiyalar haqqında” AR – nın qanununun qəbul edilib qüvvəyə mindiyi 2 iyun 1992- ci il tarixindən sonra, axırıncı 2020- ci il dekabrın 28-ində olmaqla həmin qanuna çoxsaylı əlavə və düzəlişlərə dair 64 qanun qəbul etmişdir. Yenə zəruri, məsələn, yeni hüquqi normativ aktlara uyğunlaşdırılması tələb olunan hallar varsa, onu da qanuna əlavə və düzəlişlər şəklində etmək mümkündür.

3. AXP hesab edir ki, siyasi partiyalar haqqında yeni qanunun hazırlanıb qəbul edilməsi Konstitusiyada siyasi partiyalar haqqında müddəaların ayrıca müddə(lər)də təsbiti, seçkili hakimiyyət və yerli idarəetmə orqanlarına seçkilərin çoxpartiyalı, prororsional seçki sistemi əsasında aparılmasını nəzərdə tutan əlavə və dəyişikliklərdən sonra məntiqi və məqsədəuyğun olardı. Hazırda cəmiyyətdə bu məsələlər ətrafında ciddi müzakirə gedir, gözləntilər vardır və bu gözləntilər reallaşacaqsa, yəni konstitusion islahatlar aparılacaqsa o halda siyasi partiyalar haqqında prinsipcə yeni qanun hazırlanması təbii şəkildə yenidən gündəmə gələcəkdir. Məsələn, indiyə qədər yeni qanunla bağlı siyasi partiyaların verdikləri təkliflər arasında ən mühümləri dövlət qeydiyyatına alınmış siyasi partiyaların seçkili hakimiyyət və yerli özünüidarəetmə orqanlarına irəli sürdüyü namizədlərin imza toplanmadan qeydə alınmasna, habelə proporsional seçki siyahısnın tərtibinə, maliyyələşmədə seçkilər zamanı proporsianal siyahıya verilmiş səslərin nəzərə alınmalarına aid olanlardır. Bu təkliflərin qanunda əks olunması isə Konstitusiyada əlavə və dəyişikliklər edilmədən mümkün deyildir.

4. AXP hesab edir ki, siyasi partiyaların Konstitusion statusu yüksəldilməli, bunun üçün Konstitusiyayada siyasi partiyalar haqqında müddəa (lar) müstəqil, ayrıca maddələr şəklində təsbit olunmalıdır. Xatırladırıq ki, AP- nın mövcud Konstitusiyasında siyasi partiyar haqqında müddəa Konstitusiyanın birləşmək hüququ haqqında 58- ci maddəsinin II hissəsinin tərkibində -“II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.”- şəklində ifadə edilib”.

Diqqətə çatdırırq ki, Azərbaycanın müstəqilliyi haqqında ümumxalq referendumu ilə qəbul olunmuş 1991- ci il Konstitusiya Aktında siyasi partiyalar anlayışı, onların siyasi proseslərdə yeri və rolu ayrıca, Aktın 28 – ci maddəsində “siyasi partiyalar siyasi fəaliyyətin əsas ünsürləridir” müddəası ilə təsbit olunmuşdur. Əlavə olaraq göstəririk ki, dünyanın bir çox, o cümlədən bizimlə qonşu ölkələrində siyasi partiyalar haqqında müddəalar onların Konstitusiyalarında ayrıca maddələr şəkilində yazılmışdır. Hesab edirik ki,siyasi partiyaların siyasi fəliyyətin əsas subyekti (ünsürü və s) olması haqqında müddəa siyasi partiyalar haqqında qanununda da əks olunmalı və onun konseptual əsasını təşkil etməlidir.

6. Azərbaycan Xalq Partiyası Konstitusiyada və seçki qanunvericiliyində yuxarıdakı islahatlar aparılmayana qədər siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsinə ehtiyac olmadığı və məqsədəuyğun saymadığı barədə mövqeyini bir daha təkrar edərək, lakin eyni zamanda nəzərə alaraq ki, yeni qnunun hazırlanmasına artıq start verilib, işçi qrup yaradılıb, hazılanacaq lahiyə Milli Məclisin sessiyasında müzakirəyə çıxarılmazdan əvvəl onun KİV-də dərc edilib geniş ictimai müzkirəsinin aparılmasını təklif edir”.

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

“Rüşvəti Mədəniyyət Nazirliyinə gətirən Polad Bülbüloğlu olub” - Akif İslamzadə

"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb - Yenilənib

“Payızda ərzaq qiymətlər daha da bahalaşacaq” - Qubad İbadoğlu

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib - Yenilənib

Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb - Foto

Hüseyn Abdullayev prezident İlham Əliyevdən kömək istəyir

Ölkədən qaçdığı deyilən gömrük polkovniki işdən çıxdı

Ağalıda səyyar ədliyyə xidmətləri təşkil edilib

Partiyalar üçün yeni qanun... - Siyasətdə nə dəyişəcək?

Əsginaslar bankda yenilənmək əvəzinə zibil qablarına atıldı - Video

İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar