Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Omikronu üzə çıxaranlar nə deyir?

Koronavirusun omikron adlı yeni növünü üzə çıxaran mütəxəssislər mediaya açıqlamalar veriblər.

Omikron koronavirus infeksiyasının elmi ədəbiyyatda B.1.1.529 kimi qeydə alınan variantına Dünya Səhiyyə Təşkilatının verdiyi addır.

Koronavirusun B.1.1.529, yaxud omikron variantı ilk dəfə bu ilin noyabrında Cənubi Afrika Respublikasında aşkarlanıb.

Cənubi Afrika Tibb Assosiasiyasının rəhbəri Anjelik Koetzi omikronu üzə çıxaran mütəxəssislərdən biridir.

Novator.az saytı “Euronews” kanalına istinadla bildirir ki, Anjelik Koetzi omikronu ilk dəfə noyabrın 18-də öz klinikasında 7 pasiyentdə müşahidə edib.

Hazırda dünyada koronavirus xəstələrinin 99 faizini virusun delta variantı yoluxdurur. Doktor Koetzi həmin 7 pasiyentdə deltanın simptomlarından fərqli əlamətlər görüb. Araşdırma bunun yeni mutasiya olduğunu təsdiqləyib və bu mutasiya omikron adlandırılır.

Anjelik Koetzi mediaya açıqlamasında deyib ki, omikronun simptomları yüngüldür və onu ev şəraitində də müalicə etmək olar. Doktor indiyədək omikrona yoluxmuş 30 pasiyenti sağaldıb.

Koetzinin sözlərinə görə, bu varianta yoluxanlar ən çox yorğunluqdan şikayətlənirlər. Digər simptomlar arasında yüngül başağrısı, bədən ağrıları və boğaz ağrısı da var.

Anjelik Koetzi delta variantından fərqli olaraq omikrona yoluxanların iybilmə və dadbilmə duyğularının itməsindən şikayət etmədiklərini vurğulayıb. O, omikrona yoluxmuş xəstələrdə oksigen çatışmazlığının müşahidə edimədiyini də söyləyib.

Doktor Koetzinin omikrondan müalicə etdiyi şəxslərin yaşı 40-dək olub. Eyni zamanda həmin pasiyentlərin təxminən yarısının peyvəndlənmədiyi üzə çıxıb.

Anjelik Koetzi omikron varintının yaşlı pasiyentlərə təsirinin hələ bəlli olmadığını bildirib.

Omikronun üzə çıxarılmasında mühüm rol oynamış digər mütəxəssis – virusoloq Aleks Siqal ABŞ-ın “CBS News” kanalına deyib ki, B.1.1.529 koronavirusun elmə bəlli növləri arasında ən çox mutasiyaya uğramış variantıdır.

Aleks Siqalın sözlərinə görə, omikron özündə 50 mutasiyanı birləşdirir. Alimlər hələ ki, koronavirusun heç bir növündə bu qədər mutasiyaya rast gəlməyiblər.

Aleks Siqal qeyd edib ki, koronavirus əleyhinə peyvəndlərin omikronla mübarizədə nə dərəcədə effektli olduğu yaxın günlərdə bilinəcək. Mütəxəssislər hazırda bunu dəqiqləşdirmək üçün intensiv iş aparırlar.

Dünya Səhiyyə Təşkilatı omikronu riskli variant sayır. Təşkilatın ekspertləri koronavirusun bu növünün bir şəxsdən digərinə ötürülmə sürətinin çox güclü olduğunu bildirirlər.

Koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çində üzə çıxıb. Qısa müddətdə infeksiya dünyanı bürüyərək pandemiyaya çevrilib. Rəsmi statistikaya görə, indiyədək 263 milyondan çox adam COVİD-19 virusuna yoluxub. Onların 5 milyon 233 mindən çoxu vəfat edib.

İnfeksiya aşkarlanandan az sonra sürətlə mutasiyaya uğramağa, yeni növləri əmələ gəlməyə başlayıb.

Dünya Səhiyyə Təşkilatı koronavirus variantlarını yunan əlifbasındakı hərflərin adlarına uyğun adlandırır.

Omikron – yunan əlifbasının 15-ci hərfinin adıdır.

Omikrondan başqa virusun beta (ilk dəfə 2020-ci ilin may ayında Cənubi Afrikada aşkarlanıb), alfa (ilk dəfə 2020-ci ilin sentyabrında Böyük Britaniyada aşkarlanıb), kappa (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), delta (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), qamma (ilk dəfə 2020-ci ilin noyabrında Braziliyada aşkarlanıb), lambda (ilk dəfə 2020-ci ilin dekabrında Peruda aşkarlanıb), eta (2020-ci ilin dekabrında eyni vaxtda bir neçə ölkədə aşkarlanıb), yota (2021-ci ilin noyabrında ABŞ-da aşkarlanıb) variantları var.

Bu siyahı COVİD-19 infeksiyasının bütün mutasiyalarını əhatə etmir. Virusun o qədər də narahatlıq doğurmayan, gələcək monitorinqlərə ehtiyacı duyulan, elmi ədəbiyyatda, məsələn, B.1.427, B.1.466.2, B.1.1.318, B.1.619, C.1.2 kimi ifadə olunan bu və digər növləri də var.

Dünya Səhiyyə Təşkilatının təsnifatında alfa, beta, qamma, delta və omikron variantları narahatlıq doğuran variantlar kimi qeyd olunub.

Eta, yota, kappa, lambda variantları maraq doğuran variantlar kimi təsnif edilib.

Omikron Cənubi Afrikadan savayı Botsvana, Kanada, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İtaliya, Niderland, Portuqaliya, İspaniya, İsveç, Avstraliya, Honkonq və İsraildə də qeydə alınıb.

Omikrona yoluxanların sayı hələ ki, azdır. Amma Dünya Səhiyyə Təşkilatının ekspertləri bu variantın yoluxuculuq gücünün digər variantları üstələyə biləcəyindən narahatdırlar. Ona görə omikron aşkarlanan, həmçinin özünü təcili omikrondan sığortalamaq qərarına gələn ölkələrdə məhdudiyyətlər sərtləşdirilir.

Mənbələr: Euronews.com, Cbsnews.com

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar