Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkda azərbaycanlının həbsinin detalları - Hələlik suallar çoxdur...

ABŞ-ın Nyu-York şəhərində Xalid Mehdiyev adlı şəxs həbs olunub.

Reyting.az xəbər verir ki, bu barədə “New York Post” yazıb.

Mənbələrə və ittiham sənədlərinə görə, AK-47 avtomatı ilə silahlanmış şəxs iranlı dissident jurnalist Məsih Əlinejadın Bruklindəki evinin qarşısında həbs edilib.

Federal orqanların məlumatına əsasən, 23 yaşlı Xalid Mehdiyev həbs olunarkən üzərində avtomat, güllə daraqları və 1000 dollardan çox pul olub.

Mehdiyevlə Əlinejad arasında heç bir əlaqə aşkarlanmayıb, lakin təqsirləndirilən şəxsin diqqətinin dissidentin Bruklindəki malikanəyə yönəltdiyi bildirilir.

Hüquq-mühafizə orqanları bir neçə saat ərzində Mehdiyevi İllinoys ştatının dövlət nömrə nişanlı, boz rəngli “Subaru Forester SUV”-də əyləşdiyi halda müşahidə ediblər. Onun avtomobilindən yemək sifariş etdiyi də görüntülənib.

NYPD (Nyu-York Polis Departamenti) Mehdiyevi yolda dayanma nişanından keçəndən sonra saxlayıblar. Polislər onun sürücülük vəsiqəsi olmadan avtomobil sürdüyünü müəyyən edib və o, həbs olunub.

“O, məni öldürmək üçün içi dolu silahla Nyu-Yorkdakı evimə gəlib, - deyə Məsih Əlinejad “Tvitter” səhifəsində yazıb. - Keçən il FTB İslam Respublikasının məni oğurlamasına mane oldu.

Mənim günahım səssiz insanlara səs verməkdir.

ABŞ administrasiyası terrora qarşı sərt olmalıdır”.

Polis X. Mehdiyevin avtomobilində axtarış aparıb və AK-47, çoxsaylı avtomat daraqları, əlavə güllələr və pulla dolu çamadan tapıb. Daha iki fərqli dövlət nömrə nişanı da aşkarlanıb.

Mehdiyev polisə bildirib ki, o, Yonkersdə qalır, lakin orada kirayə haqqı çox yüksəkdir və o, Bruklin məhəlləsində yaşamaq üçün özünə yeni yer axtarır.

O, iqamətgahın giriş qapısını açmağa çalışmadığını bildirib. Deyib ki, otaq icarəyə götürə biləcəyini soruşmaq üçün qapını döyüb.

X. Mehdiyev əvvəlcə məmurlara maşını icarəyə götürdüyün, silah haqqında heç nə bilmədiyini və çamadanın ona məxsus olmadığını deyib.

Daha sonra o, silahın ona məxsus olduğunu və “kimisə axtardığı üçün” Bruklində olduğunu etiraf edib.

Hazırda başqa bir iş üzrə 4 iranlı əməliyyatçı federal agentlər tərəfindən həbs edilib.

İddialara görə, M. Əlinejadı ABŞ-da oğurlamaq planının icrası üçün onlar dissident və ailə üzvlərinin Bruklindəki evi ətrafında fotoşəkillər və video çəkilişlər aparıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar