Çərşənbə, 12 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Azərbaycanla delimitasiya görüşünün nəticələrini böyük uğur adlandırıb

Ermənistanın baş nazir Nikol Paşinyan dünən Ermənistan və Azərbaycan arasında Tavuşda delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb...

Poliqon-nun məlumatına görə, Paşinyan hökumətin iclasında qeyd edib ki, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.

Onun fikrincə, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. O, bu prosesə görə Mher Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

Qeyd edək ki, dünən Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəşi tapılan hərbçimizlə bağlı rəsmi açıqlama

Bakıda ucuz qiymətə mənzillər satılır - Amma alan yoxdur

Zamirə Hacıyeva Bakıda qaçırılmasından danışdı: "Üç kişi məni apardı..."

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - Siyahı

Şarl Mişellə Ursula fon der Leyen arasında qarşıdurma...

Ev tikilmiş kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi təklif edilib

UEFA prezidenti AVRO-2024-ün favoritlərini açıqlayıb

Məscidlərdə bayram namazı hansı saatda qılınacaq?

"Azərbaycanfilm" ölüm yatağındadır" - Xalq artisti 

Tarixdə ən çox qol vuran futbolçuların siyahısı təqdim olundu

Ən çox oxunanalar