Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: Həbsxanalardan və ruhi xəstəxanalardan qaçan miqrantlar ABŞ-a axışır...

Birləşmiş Ştatlar sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxanalarında və ya ruhi xəstəxanalarda saxlanılanlar da var...

Poliqon xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı WGAL telekanalına müsahibəsində deyib.

“Onlar (indiki Amerika administrasiyası) qərara gəliblər ki, dünyanın hər yerindən insanların ölkəmizə daxil olmasına imkan verən açıq sərhədlərə ehtiyacımız var: həbsxanalardan, psixiatriya xəstəxanalarından çıxanlar ölkəmizə axın edirlər və biz hər kəsi qəbul edirik” deyə Tramp bildirib.

Eyni zamanda Tramp etiraf edib ki, immiqrantlar arasında ABŞ-a fayda gətirən insanlar var.

Qeyd edək ki, keçmiş Amerika lideri müntəzəm olaraq ABŞ-ın hazırkı prezidenti Co Baydenin immiqrasiya siyasətini tənqid edir. Trampa görə Bayden Adminstrasiyasının bu siyasəti ABŞ-ı “dünyanın qalan hissəsi üçün zibilxanaya” çevirib.

Tramp həmçinin noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini qeyri-qanuni miqrantlar üçün bağlayacağını vəd edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - Yenilənib

Ən çox oxunanalar