Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Rusiyanın alyansa hücum riskini qiymətləndirib

NATO planlaşdırıcıları Rusiyanın yaxın gələcəkdə alyansın üzvü olan bir ölkəyə birbaşa müdaxilə edəcəyini çətin hesab edirlər...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazıb.

"NATO planlaşdırıcıları Rusiyanın yaxın gələcəkdə həmsərhəd üzv dövlətə birbaşa müdaxiləsini mümkünsüz hesab edirlər", deyə məqalədə vurğulanır.

Qeyd olunur ki, NATO-da ciddi fikir ayrılığı üzv ölkələrin təhdidlərə baxışlarının fərqli olmasıdır. Amerika qəzetinin yazdığına görə, NATO terrorizmi və Rusiyanı əsas təhdidlər kimi göstərir, lakin Türkiyə və Aralıq dənizi boyu digər üzv ölkələrin bir çox rəsmiləri Rusiya Federasiyasından daha çox regional münaqişələr və qeyri-qanuni miqrasiyadan narahatdırlar.

WSJ həmçinin yazıb ki, NATO-nun 14 ölkəsinin əsgərləri mart ayında keçirilən "Kristal Ox" təlimində Latviyanı mümkün işğaldan "müdafiə ediblər". Qəzet bildirib ki, təlimlər çərçivəsində düşmən Rusiya-Latviya sərhədini keçərək qoşunlarını Riqaya doğru hərəkət etdirib. NATO hərbçilərinə düşməni qondarma Okkakus dövlətindən bataqlıqlara qovmaq tapşırılıb ki, onun tankları bataqlığa düşsün.

Qeyd olunur ki, alyans qoşunları müdafiə hərəkətlərini yerinə yetirərkən iki problemlə üzləşib. Birincisi, bütün Latviya əsgərlərinin NATO-nun əsas dilləri olan ingilis və ya fransız dillərini kifayət qədər səlis bilməməsidir. İkincisi, rabitə sisteminin fasilələrlə işləməsidir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Rusiya qoşunlarının və prezident Vladimir Putinin Ukraynadakı münaqişədə qələbəsi Şimali Atlantika Alyansına çox baha başa gələcək. Təşkilat rəhbəri əlavə edib ki, Ukrayna münaqişəsində Rusiya qalib gələrsə, ən böyük bədəli NATO ödəyəcək. Belə bir vəziyyətdə NATO-ya üzv ölkələr inanılmaz dərəcədə böyük pul ayırmalı və bu vəsaiti öz təhlükəsizliyinə yatırmalı olacaqlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar