Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Pasxa bitənə qədər İrana cavab verməyəcək

Aprelin 22-də axşam başlayan və ayın 30-na kimi davam edən yəhudilərin Pasxa bayramından əvvəl İsrail çətin ki, İrana cavab versin...

Poliqon xəbər verir ki, bu barədə ABC telekanalı amerikalı məmura istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, vəziyyət həmişə dəyişə bilər, baxmayaraq ki, İsrailin bayramdan əvvəl hər hansı bir addım atması ehtimalı yoxdur. Rəsmi həmçinin qeyd edib ki, İran liderləri yüksək hazırlıq vəziyyətində olmağa davam edir, onlardan bəziləri "sığınacaqlarda və yeraltı obyektlərdədir".

Pasxa yəhudilərin əsas bayramlarından biridir. Bu, Bibliya hadisəsinin - yəhudi xalqının Misirdən çıxmasının xatirəsinə qeyd olunur. 2024-cü ildə Pasxa 22 aprel axşamı başlayacaq. İsraildən kənarda yaşayan yəhudilər ənənəvi olaraq bu bayramı 8 gün qeyd edirlər.

Qeyd edək ki, aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru yüzlərlə pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib. Eyni zamanda, İran tərəfi yəhudi dövləti ərazisində bir sıra hərbi obyektlərin vurulduğunu bildirib.

Bundan əvvəl "The Wall Street Journal" öz mənbələrinə istinadən yazıb ki, İran İsrailin İran ərazisinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) digər ölkələrdə, xüsusilə də Suriyadakı obyektlərinə cavab zərbələri endirməsinə hazırlaşır. 

"İran bu həftə İsrailin cavabına hazırlaşır. İranın hərbiləşdirilmiş qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu Suriya ərazisindəki qurğuları üçün fövqəladə tədbirlər görüb. Bəzi SEPAH üzvləri Suriyadakı bazalarını boşaldıblar, digərləri isə bunu gecə, İsrailin zərbələrinin böyük ehtimalla həyata keçiriləcəyi bir vaxtda edirlər", deyə jurnal qeyd edib.

Nəşrin fikrincə, İran və İsrail arasında münasibətlərdə mövcud vəziyyətdə hər bir ölkə zəif görünmək istəmir və bu, regional müharibə riskini artırır.

Poliqon.info

 

 

 


Etiket: İsrail Pasxa İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar