Respublikaçılar konqresmenlər spiker Consonun Ukrayna və İsrailə vəsait ayırmaq təşəbbüsünü tənqid ediblər...
Respublikaçı qanunvericilər ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun təşəbbüsü ilə Ukrayna, İsrail və ABŞ-ın Hind-Sakit okean regionunda müttəfiqlərinə maliyyə yardımı göstərmək planına qarşı çıxıblar.
Poliqon xəbər verir ki, bu barədə cümə axşamı, aprelin 18-də CNN telekanalı məlumat yayıb.
Konqresmen Mett Qets təklif olunan qanun layihələrini kapitulyasiya adlandırıb. Texasdan olan Respublikaçı konqresmen Troy Nels qanunların əleyhinə səs verəcəyini söyləyib. Nels qeyd edib ki, o, heç vaxt Ukraynaya vəsait ayrılmasını dəstəkləməyib və fikrindən dönmək fikrində deyil,
Konqresin aşağı palatasında Arizona ştatını təmsil edən respublikaçı deputat Eli Kreyn təklif olunan qanun layihələrinin Respublikaçıların, seçicilərinin ehtiyaclarına cavab verməməsindən məyus olduğunu bildirib.
Missuri ştatından qanunverici Erik Berlison Mayk Consonun təklifindən məyus olduğunu bildirib. O, spikerin demokratlara daim kömək etdiyinə inanır.
Qeyd edək ki, Conson aprelin 20-də səsverməyə çıxarılacaq 2024-cü maliyyə ili üçün bir sıra əlavə xərc qanunlarını təqdim edib. Spikerin ofisi bu sənədi Ukrayna, İsrail və ABŞ-ın Hind-Sakit Okean regionundakı müttəfiqlərinə hərbi yardım göstərməklə bağlı hazırladığı qanun layihələri ilə birlikdə təqdim edib. ABŞ prezidenti təqdim olunan qanun layihələri Amerika qanunverici orqanı tərəfindən bəyəniləcəyi təqdirdə onları imzalamaq niyyətində olduğunu açıqlayıb.
Poliqon.info