Avropa İttifaqına üzv ölkələrin liderləri Kiyevə hava hücumundan müdafiə sistemləri və raketlərin tədarükünü sürətləndirməyə çağırıblar...
Poliqon “RİA. Novosti” Agentliyinə istinadən xəbər verir ki, Buna baxmayaraq Aİ sammitində Kiyevə silah tədarükünün artırılması ilə bağlı konkret qərarlar açıqlanmayıb. Liderlər bunu Brüsseldə keçirilən sammitdə Ukrayna ətrafında vəziyyətin müzakirəsindən sonra bildiriblər.
Yekun sənəddə “Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemlərinin tətbiqinin zəruriliyi” vurğulanır.
Liderlər həmçinin Kiyevə “artilleriya mərmiləri və raketlər” daxil olmaqla “bütün zəruri hərbi yardımların” göndərilməsini sürətləndirməyə çağırıblar.
Poliqon.info