Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Makronun Ukraynaya qoşun yetirməklə bağlı ideyasına qarşı çıxıb

ABŞ Dövlət Departamenti açıq şəkildə etiraf edib ki, onlar Fransa lideri Emmanuel Makronu Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını nəzərdən keçirməməyə inandırmağa çalışırlar...

Poliqon xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller mövzunu şərh edərək, Vaşinqtonun beynəlxalq legionunu Kiyevə göndərmək fikrində olmadığını və Ukrayna məsələsi ilə bağlı Makronla səmərəli işlədiklərini vurğulayıb. O, bu barədə brifinqdə qərbli jurnalistlərə danışıb.

Gələn həftə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Parisə səfəri gözlənilir. Miller xatırladıb ki, Fransa Vaşinqtonun çoxdankı müttəfiqidir. Ona görə də onlar Makronla Ukrayna və digər mühüm məsələlər barədə danışacaqlar.

Dövlət Departamentinin nümayəndəsi Makron və Blinkenin görüşünün konkret təfərrüatlarını mediaya açıqlamayıb.

"Mən bu xəbərləri şərh edə bilmərəm və görüşü ətraflı şərh etməyəcəm. Lakin təbii ki, biz ABŞ-ın Ukraynaya qoşun yeritmək niyyətində olmadığını açıq şəkildə bildirdik", deyə Miller bildirib.

Gələcəkdə müttəfiqlərin Ukraynaya qoşunla kömək edə biləcəyi ilə bağlı qalmaqallı bəyanatı Fransa lideri 2024-cü il fevralın sonunda verib. Sonra onun sözləri bir sıra ölkələr tərəfindən açıq şəkildə dəstəklənməsə də, siyasətçi ritorikasını dəyişməyib. Martın 14-də o, aydınlaşdırıb ki, Fransa Ukraynaya qoşun yeritmək qərarına gəlsə, buna görə ukraynalılarla müharibəyə başlayan Rusiya günahkar olacaq.

Poliqon.info

 


Etiket: ABŞ Makron Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar