Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq...

Bu barədə Poliqon-a Azəriqaz İB-dən bildirilib.

KürdəmirGöyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı 28.03.2024-cü il tarixdə saat 09:00-dan “Kürdəmir” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından, “Sığırlı” və Göyçay 2” ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 54,5-ci km-də “Əhmədbəyli-Füzuli-Şuşa” avtomobil yolu ilə kəsişməsində təhlükəsiz əraziyə köçürülmüş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 28.03.2024-cü il tarixində saat 09:00-dan “Füzuli Diaqnostika” və “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin paytaxtın Suraxanı rayonu ərazində "Suraxanı əhali" qaz xəttinin yeraltı hissəsində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Əmircan qəsəbəsinin Park küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, A. Rzayev küçəsində xəttin hündürlüyə qaldırılması və siyirtmələrin yenisi ilə əvəz olunması, Suraxanı QPM-də siyirtmənin yenisi ilə əvəz olunması, Suraxanı Mədən ərazisində KOB-29 proqramı ilə əlaqədar qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə 28.03.2024-cü il tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (Kürdəmir şəhəri, rayonun 52 kəndi), Göyçay rayonunun (Göyçay şəhəri və rayonun 25 kəndi) bir hissəsinin eləcə də Füzuli rayonunun bir hissəsinin (Horadiz şəhəri, 13 kənd və 5 qəsəbə), Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələrinin, eləcə də A.Rzayev və X. Ələkbərov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar