Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ekspertiza rəyi hazırlanıb məhkəməyə təqdim olunana qədər Əhməd Əhmədov Bakı İstintaq Təcridxanasına saxlanılacaq.

Bildirək ki, Əhməd Əhmədov buna qədər Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.

Ekspertiza ailəsini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayəti törədərkən anlaqlı olub-olmamasını aydınlaşdıracaq.

Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

Ancaq anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş şəxslərlə əlaqədar da vəziyyət nəzərə alınır.

Cinayət Məcəlləsinə əsasən, məhkəmə hökmü çıxarılanadək psixi xəstəliyə tutulmuş təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Ancaq anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxslər də cinayət məsuliyyətinə cəlb edilirlər

Bunun cinayət üzrə təsviri belə verilir:

Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.

Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır. Bu, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.

Əhməd Əhmədovun cinayət işi üzrə bir məsələ aydınlaşmalıdır: Görəsən, o, ittiham olunduğu cinayəti törədərkən hansı emosional vəziyyətdə olub?

Bu, məhkəmənin ekspertiza rəyini qiymətləndirməsi ilə müəyyən olunacaq.

Əgər cinayət işi və məhkəmə istintaqı üzrə başqa hallar üzə çıxmasa, Əhməd Əhmədov ya qəsdən adam öldürmək maddəsi ilə dəmir barmaqlıqlar arasına salınacaq, ya da onun barəsində məcburi müalicə təyin ediləcək.

Xatırladaq ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Rəsmi məlumatda bildirilib ki, bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar