Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ABŞ-a Qəzzadakı liman körpüsünün təhlükəsizliyini təmin etməyi vəd edib

İsrail hakimiyyəti ABŞ ordusunun mülki şəxslərə humanitar yardım çatdırmaq üçün Qəzza zolağında tikməyi planlaşdırdığı müvəqqəti liman körpüsünün təhlükəsizliyini təmin etməyə razılaşıb...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr xəbər verir ki, Pentaqon estakadanın tikintisinin 60 günə qədər çəkəcəyini və 2 milyondan çox yemək parının bu körpü vasitəsi ilə çatdırlacağına əmindir.

Nəşrin mənbələrindən birinin sözlərinə görə, güman ki, İsrail Müdafiə Qüvvələri (IDF) estakadanı tikən amerikalı personalı, eləcə də yardımın boşaldılması və paylanmasında iştirak edənləri qorumaq üçün “təhlükəsizlik koridoru” yaradacaq. IDF həm də estakadanın fiziki təhlükəsizliyinə cavabdeh olacaq. Müzakirə olunan fəaliyyət planının hələ yekunlaşdırılmadığı da dəqiqləşdirilir.

Politico-ya görə, körpünün təhlükəsizliyini təmin etmək üçün başqa ölkə də cəlb oluna bilər, lakin bu, Qəzza zolağında körpünün dəqiq harada tikiləcəyindən asılı olacaq. ABŞ-ın dənizdə 3-5 mil (4-8 km) məsafədə üzən estakada və çimərliyə lövbər salacaq 1800 fut (təxminən 549 m) uzunluğunda üzən dəniz çəpəri tikəcəyi gözlənilir. İnfrastruktur hazır olduqdan sonra gəmilər humanitar yardımı körpüyə boşalta biləcək və oradan kiçik Amerika qayıqları onu bəndə çatdıracaq. Oradan isə yük maşını ilə Qəzza zolağına daşınacaq.

İsrail ordusunun sözçüsü İDF0in “layihəni asanlaşdırmaq üçün ABŞ ordusu ilə koordinasiya edəcəyini” söyləyib, lakin təfərrüatları açıqlamaqdan imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar