Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın neft daşıyan kölgə donanması necə sığortalanır?..

Qərbin sanksiyalarından yan keçən Rusiya neft tankerləri iddiaları mümkünsüz edən sığorta müqaviləsinə arxalanır...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə FT və Danimarkanın media qrupu “Danwatch” tərəfindən əldə edilən sənədlər bunu göstərir.

FT qeyd edir ki, Baltikyanı ölkələrdən üzən bir sıra Rusiya gəmilərində fəlakət zamanı asanlıqla ləğv edilə biləcək sığortaları var.

Moskvada yerləşən “İnqosstrax” sığorta şirkəti müştərilərinə dünya limanlarına daxil olmaq üçün lazım olan sığorta təminatını təqdim edir. Lakin müqavilənin kiçik şriftlə yazılmış “sanksiyalarla bağlı istisna bənd” var. Bu maddə Rusiya neftini daşıyan əksər tankerlərə qarşı iddiaları ləğv edir

“İnqosstrax” şirkətinin sazişi Rusiya neftinin ixracının “müvafiq ABŞ, Böyük Britaniya və ya Aİ qanunlarına uyğun olaraq” həyata keçirilməli olduğunu açıqlayır və həmçinin qiymət hədlərini ehtiva edən Aİ qaydalarına açıq şəkildə istinad edir.

“İnqosstrax” maksimum qiymətdən artıq neft satarkən tutulan gəmilərin sığorta təminatını ləğv etmək hüququnu özündə saxladığını ayrıca təsdiqləyib. Şirkət sözçüsü “ikinci dərəcəli sanksiyalar və zədələnmiş nüfuz” riskindən qaçmaq istədiklərini bildirib.

Limitdən yuxarı qiymətə neft daşıyan gəmidən sızma baş verərsə, “İnqosstrax”ın ödənişdən imtina edib-etməyəcəyi ilə bağlı suala şirkət nümayəndəsi bildirib ki, cavab hər hansı digər beynəlxalq sığorta şirkətindən fərqli olmayacaq.

“İnqosstrax” müştərilərin bu cür davranışlarına dözmür”, deyə nümayəndə əlavə edib.

Rusiyanın kölgə donanmasının “İnqosstrax” ilə sığorta müqavilələri potensial olaraq Avropa və Asiyanın sahilyanı dövlətlərini neft sızması halında böyük potensial təmizləmə xərclərinə məruz qoyur. FT və “Danwatch” Hindistana gedərkən Danimarka sularından və La Manş boğazından keçərkən “İnqosstrax” sığortasından istifadə edən bir sıra kölgə donanma tankerlərini müəyyən ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar