Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bilmirəm bu Azərbaycan gözəlini harasına baxıb seçirlər” - Aqil Abbas

“Miss Azerbaijan-2021” gözəllik müsabiqəsinin qalibi model Milan Babayeva yeni erotik görüntüləri ilə gündəmə gəlib...

“Milan” təxəllüsü ilə məşhurlaşan gənc qızn Moskvadakı gecə klublarından birində çəkilən açıq-saçıq görüntüləri sosial şəbəkələrdə ciddi qınağa tuş gəlib.

Azərbaycan gözəli” titulunun sahibinin özünü bu qədər ucuz reklam etməsi hər kəsi təəccübləndirib.

Nəzərə alaq ki, “Azərbaycan gözəli” ilə bağlı bu ilk biabırçı fakt deyil. Zaman –zaman “Azərbaycan gözəlləri” xaricdə belə ucuz reklamları ilə gündəmə gəliblər. Bu da onu göstərir ki, ölkəmizdə gözəllik yarışması məramından və hədəfindən çoxdan sapıb. Bu müsabiqələr daha çox korporativ maraqlar üçün keçirilir. Məsələ ilə bağlı Millət vəkili Aqil Abbasın fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, məsələdən xəbərim yoxdur: “Amma kimsə gedib hardasa nə ... yeyirsə Azərbaycan xalqı neynəsin? Bu həmin adamların şəxsi keyfiyyətləridir. Biz ona nə deyə bilərik ki...”

Millət vəkili onu da əlavə etdi ki, gözəllik nisbi anlayışdır: “Mənim nəzərimdə gözəl olan, sizin gözünüzdə gözəl olmaya bilər. Məsələn, sonuncu müsabiqənin qalibini göstərirlər. Ona baxanda gülməyim gəldi. Onun nəyi “Azərbaycan gözəli”dir. Bilmirəm bu “gözəlləri” nə cür seçirlər, necə seçirlər, onların harasına baxıb seçirlər. Onlara hansı keyfiyyətlərinə görə - bədəninə görəmi, sifətinə görəmi gözəl seçirlər anlamıram...”

pia.az


Etiket: Aqil Abbas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar