Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Rusiya Ukrayna ilə sərhədə nüvə bölmələri toplayıb

Rusiya nüvə silahını tətbiq etsə, risklərlə üzləşə bilər...

"Ötən gün Rusiya Ukrayna istiqamətinə nüvə bölmələri daşıyıb. Bu, nüvə eskalasiyası ilə bağlı narahatlıqları artırır".

Bu fikirlər Britaniyanın "Times" qəzetinin "Putin Ukraynaya nüvə hərbi qatarının göndərilməsini əmr edib” sərlövhəli məqaləsində öz əksini tapıb.

Bildirilib ki, NATO üzv ölkələrə Rusiyanın Ukrayna ilə sərhəddə nüvə sınaqları keçirə biləcəyi ilə bağlı xəbərdarlıq edib: "Beləliklə, Kreml kütləvi qırğın silahlarından istifadəyə hazır olduğunu nümayiş etdirmək istəyir. NATO-nun yüksək rütbəli mənbəsinin sözlərinə görə, Putin nüvə silahından istifadə edərsə, bunu Qara dənizdə həyata keçirəcək. Ekspertlər belə bir "nümayiş"i mümkün hesab edirlər. Onlar Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadəsini istisna etmirlər".

Məlumatda həmçinin qeyd olunub ki, Rusiya nüvə silahını tətbiq etsə, risklərlə üzləşə bilər. Çünki raketlərin istiqaməti səhv ola və başqa yerə düşə bilər.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev daha əvvəl ölkənin özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadəsinin mümkünlüyündən danışıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar