Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Ağ kitabda» nələr var? – Çin hədəflərini açıqladı

Çin hərbi gəmiləri və hərbi təyyarələri Tayvan ətrafında hərbi təlimlərə davam edərkən, adaya görə ABŞ-la münasibətlər gərginləşərkən Pekin avqustun 10-da “Ağ kitab”ını yayınlayıb. Nədir bu kitab?

“Ağ kitab” Çinin hər iki ildən bir yayınladığı sənəddir. Bu sənəddə Çinin növbəti illər üçün milli təhlükəsizlik strategiyası bəyan edilir. Bu sənəddə növbəti dəfə Tayvana Çinlə “bir ölkə, iki sistem” əsasında birləşmək təklif olunub. Bu strategiyanın banisi Çinin 1980-ci illərdəki islahatçı lideri Den Syaopindir. Honkonq da 1990-cı illərin sonunda məhz bu əsasda Çinlə biləşib.

Hazırki “Ağ kitab”ın “Tayvan məsələsi və yeni dövrdə Çinin yenidən birləşməsi” bölməsində yazılıb ki, Tayvan Çinlə birləşməkdən imtina edərsə problem güc yolu ilə həll oluna bilər. Kitabda bu haqda belə yazılıb: “Pekin adanı Çinə birləşdirmək üçün bütün imkanlardan istifadə edəcək. Pekin Tayvanın müstəqilliyinə çalışan separatçı fəaliyyətlərlə heç zaman barışmayacaq. Çin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün möhkəm qətiyyət nümayiş etdirməyə hazırdır”. Kitabda yazılana görə, Pekinin qətiyyətli addımlardan Tayvanda yaşayan dinc sakinlər zərər görməyəcəklər: “Güc yalnız başqa vasitələrə seçim qalmadıqda istifadə ediləcək”. Bu cümlə bir daha ondan xəbər verir ki, Pekin hərbi gücdən istifadə edəcəyini istisna etmir.

Pekin kitabda “bir ölkə, iki sistem” prinsipini bu şəkildə izah edib: “Biz bildiririk ki, dinc yolla birləşmədən sonra Tayvan mövcud sosial sistemini davam etdirə və qanuna uyğun olaraq yüksək dərəcədə muxtariyyətdən istifadə edə bilər. İki sosial sistem uzun müddət yan-yana inkişaf edəcək. Bir dövlət iki sistemin ilkin şərti və təməlidir; İki sistem bir ölkəyə tabedir və ondan irəli gəlir; və ikisi bir Çin prinsipi altında birləşir. Birləşdikdən sonra xarici ölkələr Tayvanla iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə davam edə bilərlər. Çinin mərkəzi hökumətinin razılığı ilə Tayvanda konsulluq və ya digər rəsmi və kvazi-rəsmi qurumlar yarada, beynəlxalq təşkilat və agentliklər öz ofislərini yarada, müvafiq beynəlxalq konvensiyalar tətbiq oluna və orada müvafiq beynəlxalq konfranslar keçirilə bilər”.

Bəs Tayvanda “Ağ kitab” haqqında nə düşünürlər?

“Reuters” agentliyi bu suala cavab tapmaq üçün Tayvanı idarə edənlərə müraciət edib. Onlar həm Pekinin “Ağ kitabını”, həm də “bir ölkə, iki sistem” prinsipini rədd ediblər. Tayvanı idarə edənlər Honkonq nümunəsinə müraciət ediblər. Honkonq “bir ölkə, iki sistem” əsasında Çinlə birləşdikdən sonra Pekinin artan təlimatlarını yerinə yetirmək məcburiyyətində qalıb. Bu Honkonqda küçə yürüşlərinin və etirazların alovlanmasına səbəb olub.

Beləliklə, Pekinin dərc etdiyi “Ağ kitab” bir daha göstərir ki, Çin gec və ya tez Tayvan adasını özünə biləşdirəcək. Bu danışıqlar yolu ilə baş verərsə, hamı rahat nəfəs alacaq, yox əgər hərbi toqquşma ehtimalı artarsa beynəlxalq vəziyyət gərginləşəcək və dünyada Rusiya-Ukrayna savaşına bənzər durum yaşanacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar