Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aparır, kayf aparır... - Narkotik təbliğatına qarşı niyə tədbir görülmür?

Son illər internetdə, əsasən də YouTube”da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri əsasən gənclər izləyirlər. Çox təəssüf ki, belə videolar yeniyetmə və azyaşlılar arasında da populyarlaşıb. Musiqi ilə təbliğ olunan narkomaniya ciddi narahatlıq doğurur. Bəs, vəziyyətdən çıxış yolu nədir?

Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, nə qədər mübarizə aparılsa da, narkomaniya gənclər arasında sürətlə yayılır:

“Narkomaniyaya maraq və meyl yaradan istənilən cəhdlə mübarizə aparılmaldır. Janrı bəlli olmayan, sözləri bayağı olan müsiqilər ritminə görə gənclərin diqqətini cəlb edir. İstər-istəməz bu cür videolar narkomaniyanı təbliğ edir. Belə musiqiləri dinləyən gənclər sözsüz ki, narkotiklə maraqlanacaq, onun necə effekt verdiyini öyrənmək istəyəcək. Nəticədə narkomaniya bataqlığına yuvarlanmış olacaq. Təbii ki, bu, çox dəhşətlli haldır. Hüquq-mühafizə orqanları narkomaniyanı təbliğ edən musiqilərə dərhal reaksiya verməlidir. Bu cür mahnılar yazan insanlarla profilaktik söhbətlər aparılmalı, onların yayılmasının qarşısı alınmalıdır. Cəmiyyət də ayıq-sayıq olmalı və belə hallar barədə hüquq-mühafizə orqanlarına dərhal xəbər verməlidir. Narkomaniya gənclərimizin gələcəyini məhv edir və cəmiyyətin təməlini sarsıdır. Cəmiyyətin hər bir üzvü onunla mübarizə aparılmalıdır”.
Qeyd edək ki, ötən gün yutuber Nail Kərimli sözügedən bayağı mahnılardan birini tənqid edərək, narkomaniyanın təbliğ olunmasına qarşı ciddi tədbirlərin görülməli olduğunu diqqətə çatdırıb:

"Avqustun 1-də İlkin Çərkəzoğlu adlı müğənni tərəfindən səsləndirilən “Aparır, kayf aparır” adlı bayağı musiqi avqustun 14-də trendə düşüb. 428 min 386 baxış toplayan və trenddə 12-ci yerdə olan videonun narkomaniyanı təbliğ etməsi ciddi narahatlıq doğurur".

N.Kərimli qeyd edib ki, bu cür mahnılar gənclərdə narkomaniyaya maraq oyadır:

“Bu mahnıya qulaq asanda kimsə narkotik təklif edə və istər-istəməz onlar bu mahnının sədaları altında həmin narkotiki qəbul bilərlər. Bu cür mahnıların ölkəmizdə yayılmasına yol verilməməlidir. Xüsusilə Daxili İşlər Nazirliyi bu işlə məşğul olmalıdır. Bu cür mahnıları oxuyan, təbliğ edən müğənnilərə cəza kəsilməlidir. Bu gün bu mahnıya qulaq asanda əsəblərim korlandı. Belə mahnı olar? Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu cür mahnıların yayılmasının qarşısı alınsın”.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

İranda etirazçı qadınların 20 yaşlı azərbaycanlı lideri öldürülüb - Video

Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib 

Van Dammın azərbaycanlı gəlinindən qalmaqallı açıqlama

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - Yenilənib, Video

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub - Yenilənib

Ərdəbil də üsyana qalxdı: Hökumət qüvvələrinin daşlanması -Video

Sərhəddə 17 kilometrlik növbə yaranıb: Rusiyalılar sərhədi piyada keçirlər 

Rusiyada məktəbdə atışmada ölənlərin sayı 15-ə çatıb - Yenilənib, Video

Türkiyəyə ekstradisiya edilən kürd terrorçuları Ermənistanda nə edirdilər?

Ən çox oxunanalar