Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Brent” markalı neftin qiyməti 98 dollardan aşağı düşüb

Neft kotirovkaları cümə günü enişi sürətləndirsə də, yenə də həftəni müsbət balansla qapayır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:53-ə olan məlumata görə, “Brent” markalı neftin oktyabr fyuçersləri Londonun “ICE Futures” birjasında 1,71 ABŞ dolları (1,72%) ucuzlaşaraq 97,89 dollar/barelə bərabər olub. WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu York əmtəə birjasında (NYMEX) 2,04 dollar (2,16%) ucuzlaşıb və bir barel üçün 92,3 ABŞ dollar təşkil edib.

Hər iki marka öncəki həftə təxminən 9% ucuzlaşdıqdan sonra bu həftənin əvvəlindən bahalaşıb. ABŞ-dan gələn güclü statistik məlumatlar neft bazarı üçün müsbət amil olub. Belə ki, statistikanın yaxşılaşması investorlarda ölkədə inflyasiyanın azalacağına, əmək bazarının isə güclü olaraq qalacağına ümid yaradıb.

“Goldman Sachs”ın ekspertləri bazarın artan tələbi və məhdud təklifi tarazlaşdırmağa hələ də ehtiyacı olduğu üçün benzin və neft qiymətlərinin bu ilin sonuna doğru yenidən yüksələcəyini proqnozlaşdırır.

“Brent”in fyuçersləri bir barel üçün 130 dollara, ABŞ-da pərakəndə benzin qiymətləri isə bir qallona (3,7 litr) görə təxminən 5 dollara qayıda bilər”, - “Goldman Sachs”ın enerji araşdırmaları üzrə direktoru Damyen Kurvalen “Bloomberg”ə bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar