Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Fərid Şəfiyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

“Report” xəbər verir ki, bunu türk dövlətlərinin beyin mərkəzlərinin nümayəndələrinin növbədənkənar toplantısında iştirak etmək üçün Şuşada olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

“Son zamanlar biz AzərbaycanErmənistan arasında münasibətlərin normallaşması, xüsusən də nəqliyyat əlaqələrinin və kommunikasiyaların yaradılması məsələlərində müsbət dönüşün şahidi olmuşuq. Lakin sülh sazişinin imzalanmasında müəyyən durğunluq var”, - F.Şəfiyev bildirib.

Onun sözlərinə görə, Ermənistan bəzən konstruktiv yanaşma nümayiş etdirmir: “Ermənistan dərk etməlidir ki, siyasi həll yolunu seçməsə, yenə uduzacaq. Odur ki, o, bu anı dəyərləndirməlidir. Unutmaq olmaz ki, sərhədlərin demarkasiyası və delimitasiyası kimi, bütün məsələlərin kökündə sülh sazişinin imzalanması zərurəti dayanmalıdır”.

F.Şəfiyev vurğulayıb ki, üçüncü dövlətlər bu prosesə maraq göstərir və öz vasitəçiliyini təklif edirlər: “İlk növbədə bütün regionun təhlükəsizliyini təmin edəcək sülh sazişini imzalamaq lazımdır. Biz münaqişəni arxada qoymaq niyyətindəyik”.

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin son görüşünü şərh edən F.Şəfiyev deyib ki, Azərbaycan bu təşəbbüsləri müsbət qiymətləndirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədrinin fikrincə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş olmasa, bu, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına mane ola bilər: “Hər şey paralel həll olunmalıdır, lakin ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

pia.az 


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Siyavuş Novruzov FHN əməkdaşlarının görüntüləri barədə: "Elə bil, xüsusi nəsə baş verib"

Tramp Ziya Məmmədovu məhkəməyə verir – Qalmaqalın şok səbəbi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda Müslüm Maqomayevin abidəsinin açılışında iştirak edib - Yenilənib

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

Tahir Kərimli: “Əxlaqsızlıq tüğyan etməyə başlayanda lokallaşdırmalı idik, meşə bir kibritlə yanır...”

“Sürməli” ilə Sumqayıt hadisələri arasındakı əlaqə: Partlayışın pərdəarxasında bu qüvvə var...

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - Siyahı

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

“Bəlkə elə sülhməramlıların özləri Azərbaycan ərazilərinə minalar basdırıblar” - Hərbi ekspert

İlham Əliyev bir qrup DSX  hərbi qulluqçusuna general rütbəsi verdi - Sərəncam

Ən çox oxunanalar