Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Yetirmişli: “Bakıda elə bina var ki, onun iki qanadı 8, digər qanadı isə 9 ballıq ərazidədir”

Bakıda çoxmərtəbəli binalar tikilərkən standart seysmik bal qiyməti tətbiq edilməməlidir”.

Bunu Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hər bina üçün ayrıca olaraq seysmik bal müəyyənləşdirilməlidir.

“Bəzən eyni ərazidə binalar eyni layihə ilə tikilsə də, zəlzələ zamanı onlar müxtəlif dərəcəli dağıntılara məruz qalırlar: standart qiymətlər tətbiq edildikdə zəlzələ zamanı hansısa bina dağılır. Belə bir hal bir neçə il qabaq Türkiyədə baş verən zəlzələ zamanı baş vermişdi. Belə ki, ərazidə eyni layihə əsasında tikilən bir neçə bina olsa da, onlardan yalnız biri tamamilə dağılmışdı.

Bakıda da elə bina var ki, onun iki qanadı 8, digər 1 qanadı 9 ballıq ərazidədir. Güclü zəlzələ olarsa, 9 ballıq ərazidə tikilən bina dağılacaq. Bütün bu halların baş verməməsi üçün mürəkkəb geoloji quruluşu olan ərazilərdə tikinti işlərindən əvvəl hər bir bina üçün binaaltı ərazinin seysmik ballıq qiyməti dəqiqləşdirilməlidir. Standart qiymət tətbiq edilməməlidir. Buna görə də binalar zəlzələyə davamlı tikilməlidir ki, risk, dağıntılar, tələfat minimuma ensin”, - o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar