Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Azərbaycan Ordusunda aparılan struktur islahatlarının məqsədini açıqlayıb

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov Azərbaycan Ordusunda aparılan struktur islahatlarının məqsədini açıqlayıb.

E.Xəlilov Müdafiə Nazirliyində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışında çıxışı zamanı deyib ki, 2021-ci il ölkəmiz və Azərbaycan Ordusu üçün uğurlu il olub.

İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib.

Döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün Azərbaycan Ordusunun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, peşəkar kadr heyətinin formalaşdırılması, inkişaf etdirilməsi və onların səmərəli istifadə olunmasının bütün səviyyədən olan idarəetmə subyektlərinin, o cümlədən kadr orqanı işçilərinin başlıca vəzifələrindən olduğunu bildirən idarə rəisi kadrların idarə edilməsində bir çox nailiyyətlərin əldə edildiyini və kadr idarəetmə sisteminin daha da təkmilləşdirildiyini qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar