Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclərin İnkişafı və Karyera Mərkəzində qanun pozuntusu: 340 min vergi borcu olan MMC necə qalib elan edilib?..

Gənclərin İnkişafı və Karyera Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti növbəti satınalmaya yekun vurub. 
 
PİA.az xəbər verir ki, qurumun oktaybr ayının 20-də "ofis binasının daxilində cari təmir işləri" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 19.020 manat, qalibi isə "Trust 2018” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

"Trust 2018” MMC 2018-ci ilin dekabr ayının 3-də yaradılıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ev 2 mənzil 18 ünvanı, qanuni təmsilçisi isə Niftalıyev Vahid Cəmil oğludur. 

Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC-də ofis binasının daxilində təmir işləri aparacaq "Trust 2018” MMC-nin əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, maddi-texniki bazası, mühənis heyəti, müvafiq lisenziyaları barədə heç bir məlumat verilmir. 
 
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
 
Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC-nin sifarişçi olduğu sözügedən satınalmada daha bir məqam isə kobud qanun pozuntusunun aşkar təzahürüdür. Belə ki, satınalmada qalib elan edilən "Trust 2018” MMC-nin hazırda dövlətə olan vergi borcu 340.454 manat təşkil edir. 

Halbuki, "Dövlət Satınalmaları Haqqında" Qanuna görə iddiaçı qismində iştirak edən təşkilatlar sifarişçi təşkilatın tender komissiyasına təqdim etdikləri sənədlərdən biri də vergi borcunun olmaması haqqında arayışdır. 
 
Görünür, "Trust 2018” MMC Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC-nin tender komissiyasına vergi borcunun olmaması barədə əlaqədar qurumlardan aldığı həqiqi arayışı təqdim etməyib, ya da əksinə sifarişçi təşkilatın tender komissiyası belə bir arayış olmadan "Trust 2018” MMC-ni qalib elan edib. Hər iki halda sözügedən satınalmanın şəffaflığı ciddi sual altına alınır. 
 
Qeyd edək ki, Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. 
 
Təşkilatın 46 şəhər və rayonlarda nümayəndəliyi var. 


Mərkəzinin baş direktoru Ramtik Alızadədir

Gənclərin İnkişaf və Karyera Mərkəzi Gənclər Fondunun nəzdində fəaliyyət göstərir. (qlobal.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar