Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərlə növbəti onlayn görüşü keçirildi - Foto

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin qeyri-hökumət təşkilatları ilə silsilə görüşləri davam edir. Növbəti belə onlayn formatda görüş korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq, Açıq hökumət təşəbbüsləri sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin və Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimovun iştirakı iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin İcraçı direktoru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq perspektivləri barədə geniş danışıb, hazırda icra olunan işlər haqqında müfəssəl məlumat verib və yaxın gələcəkdə nəzərdə tutulan fəaliyyətlərdən söz açıb.

Müşahidə Şurasının üzvü Zaur İbrahimov korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq, Açıq hökumət təşəbbüsləri sahəsində əldə olunmuş naliyyətlər, mövcud problemlər, bu istiqamətlər üzrə islahatalr və çətinliklərin aradan qaldırılmasında QHT-lərin rolu ilə bağlı təqdimatla çıxış edib.

Z.İbrahimov Agentliyin bu məsələlərlə bağlı QHT-lərin təşəbbüslərinin dəstəklənməsi, prioritetlərin müəyyənləşməsi, gələcəyə baxış haqqında fikirlərini bölüşüb. O, bu istiqamətlər üzrə həyata keçirilən islahatların daha səmərəli olması üçün iştirakçılığın və bütün maraqlı tərəflər, o cümlədən QHT-lərlə əməkdaşlığın, səylərin əlaqələndirilməsinin­ vacibliyini qeyd edib. Z.İbrahimov bu istiqamətdə səylərin əlaqələndirilməsi, QHT-lərin potensialının artırılması və iştirakçılığının genişləndirilməsi üçün Agentliyin məsləhətləşmələr və müzakirələrlə müvafiq tədbirlər həyata keçirəcəyini bildirib.

Agentliyin qeyri-hökumət təşkilatları ilə keçirdiyi silsilə sahəvi görüşlərin əhəmiyyətini vurğulayan tədbir iştirakçıları söylənilən fikirlərə münasibət bildiriblər və onların fəaliyyət göstərdikləri sahələrdə aktual olan məsələlərin həllinə dair təkliflərlə çıxış ediblər. Xüsusən, Agentliyin qrant siyasətinin mövcud ehtiyac və prioritetlərə uyğun müəyyənləşməsi, korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq sahələrində dövlət orqanları ilə əməkdaşlığın gücləndirilməsi, daha səmərli ictimai nəzarət fəaliyyətlərinin həyata keçirilməsi üçün mövcud çətinliklərin aradan qaldırılmasında öz səlahiyyətləri daxilində dəstək verməsinin vacibliyi qeyd edilib. İctimai Şuraların fəaliyyəti ilə bağlı çətinliklərin həll edilməsi, QHT-lər üçün əlverişli mühitin yaradılması, Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar işlərin sürətləndirilməsi, ictimai sektorda müşahidə olunan neqativ halların aradan qaldırılması kimi təkliflər səsləndirilib.

Korrupsiyaya qarşı mübarizədə, ictimai nəzarət və ictimai iştirakçılığın genişləndirilməsində­ QHT-lərin daha fəal rol oynaması üçün qanunvericiliyin təkmilləşdirilməsini­n zəruriliyi xüsusilə vurğulanıb və bununla əlaqədar təkliflər qeyd edilib.

F.Dərgahlı və Z.İbrahimov müzakirə olunan məsələlərlə bağlı QHT nümayəndərlərinin çoxsaylı suallarını cavablandıraraq, şəffaflıq və hesabatlılığın yüksək standartlarının tətbiqi, yeni, QHT-lərin mövcud ehtiyac və potensialını nəzərə alan qrant siyasəti, Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar işlərin sürətləndirilməsi istiqamətində həyata keçirilən və planlaşdırılan fəaliyyətlər barədə ətraflı məlumat veriblər.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Ən çox oxunanalar