Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi”nin baş məşqçisi keçmiş müəlliminə rəqib oldu

“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) klubu 1925-ci ildə yaradılıb.

PİA.az xəbər verir ki, klubun prezidenti Roman Pipia, baş məşqçisi əvvəllər Bakının “Standard” və “İnter” (indiki “Keşlə”) klublarını çalışdırmış Kaxaber Tsxadadzedir. “Neftçi”nin baş məşqçisi Samir Abbasov “İnter”də (2007-2010-cu illər) məhz onun rəhbərliyi altında oynayıb.

“Dinamo” ev oyunlarını 55 min tamaşaçı tutumuna malik olan Boris Payçadze adına “Dinamo Arena”da keçirir.

“Neftçi” ilə SSRİ çempionatlarında dəfələrlə qarşılaşmış “Dinamo” (Tbilisi) 1964 və 1978-ci illərdə SSRİ çempionatının, 1976 və 1979-cu illərdə SSRİ Kubokunun, 1981-ci ildə isə UEFA Kuboklar Kubokunun qalibi olub.

“Dinamo” Gürcüstanın ən titullu klubudur. Komanda 18 dəfə ölkə çempionatının, 13 dəfə kubokun, səkkiz dəfə isə Superkubokun qalibi olub. Onlar hər üç turnirin qalibi olmaq baxımından Gürcüstanda rekordçudur. Paytaxt təmsilçisi 2004-cü ildə “Birlik kuboku”nu başı üzərinə qaldırıb. Gürcüstan müstəqillik qazanandan sonra “Dinamo”nun avrokuboklardakı ən böyük uğuru 2004/2005 mövsümündə UEFA Kubokunun qrup mərhələsində iştirak etmək olub.

“Dinamo”nun heyətində gürcü futbolçularla yanaşı, İspaniya, Serbiya, Slovakiya, Toqo, Qvineya və Niderlanddan olan legionerlər yer alır.

Gürcüstan çempionu əvvəllər iki dəfə Azərbaycan təmsilçisi ilə avrokubokda qarşılaşıb. “Dinamo” 2015-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” səddini keçə bilməyib (2:1, 0:2). Lakin dörd il sonra həmin turnirin II təsnifat mərhələsində “Qəbələ”dən qisasını artıqlamasıyla alıb (3:0, 2:0).

Qeyd edək ki, “Neftçi” ilk oyununu 6 və ya 7 iyulda Tbilisidə, cavab görüşünü isə 13 və ya 14 iyulda Bakıda – “Bakcell Arena”da keçirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar