Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Lisani ölüm aclığına başlayıb

Abbas Lisaniyə dəstək məqsədilə siyasi məhbus Yusif Karinin aclıq aksiyasına əl atmasından sonra Ərdəbil həbsxanasında saxlanılan daha üç güneyli siyasi məhbus aclığa başlayacaqları barədə məlumat verib.

Məlumata görə, Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi iyunun 12-si axşam saatlarında yaxınları ilə telefon əlaqəsi zamanı Abbas Lisaninin irəli sürdüyü tələbləri dəstəklədirklərini bildiriblər.

Onlar Abbas bəyə dəstək və onunla həmrəylik məqsədilə bu gün iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulacaqlarını deyibllər.Onlar Abbas Lisaninin aclıq aksiyasını davam etdirdiyi müddətcə onu yalnız buraxmayacaqlarını vurğulayıblar.

Bununla yanaşı iyunun 12-si səhər saatlarından eyni istəklərlə aclıq aksiyasına əl atan Yusif Kari bu gündən quru aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Abbas Lisani iyunun 12-i səhər tezdən aclıq aksiyasına əl atıb və bu gündən etibarən quru aclıq aksiyasına başlayacağını bildirib.

O, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb. Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.

Bu ilin yanvar ayında Yusif Kari məhkumluq növlərinə görə məhbusların saxlanılma bölmələrinin ayrılmaması və həbsxana məsullarının təzyiqlərinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Abbas Lisani başda olmaqla Ərdəbil və Tehran həbsxanalarında saxlanılan 7 güney azərbaycanlı siyasi məhbus ona qoşulmuşdular.

8 gün davam edən bu aksiya güneyli siyasi məhbusların birliyi nəticəsində Yusif Karinin istəklərinin yerinə yetirilməsi və həbsxana məsullarının geri oturması ilə nəticələnib. (Gunaz tv)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar