Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Əminik ki, Azərbaycan və Türkiyə bundan sonra da problemlərinin həlli üçün birlikdə çalışacaq”

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, “bir millət, iki dövlət” anlayışı bizim yaşam tərzimiz, fəlsəfəmizdir.

44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edən komitə sədri bütün şəhidlərə, həmçinin bu günlərdə Türkiyədə helikopter qəzasında həlak olan hərbçilərə Allahdan rəhmət diləyib. Bildirib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda türk ordusunun kiçik bir modelinin yaradılması, işğaldan azad edilmiş ərazilərimizdə türk iş adamlarının fəaliyyəti iki ölkə arasında münasibətlərin tam yeni bir səviyyəyə yüksəlməsindən xəbər verir: "Əminik ki, Azərbaycan və Türkiyə bundan sonra da problemlərinin həlli üçün birlikdə çalışacaq, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edəcəklər".

TBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç bildirib ki, Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur. Onun sözlərinə görə, Azərbaycanın yaşadığı Vətən müharibəsində hər kəs bir daha bunun şahidi oldu.

Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışan qonaq pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, sevincli bir Zəfərdən sonra Azərbaycanda olmaq böyük qürur mənbəyidir.

Söhbət zamanı ortaq türk dərsliyinin və ortaq informasiya mühitinin yaradılması barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, komitə üzvləri Cavanşir Feyziyev, Asim Mollazadə, TBMM-in Xarici əlaqələr komitəsinin üzvləri, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.
 
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar