Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun rəhbər şəxsləri tərəfindən şəhid ailələri ilə görüşlər davam edir.

PİA.az xəbər verir ki, bu dəfə Fondun sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan Eynulla Lətifovun (Quba rayonu, İkinci Nügədi kəndi), Rəşad Səfərəliyevin (Xaçmaz şəhəri) və Ağaəli Ağayevin (Siyəzən rayonu, Balaca Həmyə kəndi) ailələrində olub.

Görüşlər zamanı ailələrin sosial vəziyyəti öyrənilib. Onlara şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib.

Hər üç şəhidin ailələrinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Şəhid ailələrinin həmçinin aktiv məşğulluq proqramlarına cəlb olunması işlərinin də aparıldığı qeyd olunub.

S.Mehdiyev ailələrə təqaüd kartını və “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağını vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ən çox oxunanalar