Çərşənbə axşamı, 15 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Çek adı ilə “barkod” verib aldadırlar” – Vergilərdən açıqlama

Bakıdakı bəzi iri ticarət şəbəkələri, restoran və kafelər alıcılara kassa çeki əvəzinə “barkod” təqdim edirlər

Bəs bu sənəd kassa çeki sayılırmı? Vergilər Nazirliyi bununla bağlı açıqlama verib.

“Barkod”un çekdən fərqi

Ticarət və ictimai iaşə obyeklərində nağd alış-verişlərin rəsmiləşdirilməsinin yeganə vasitəsisi olan kassa çekləri ilk növbədə vətəndaşların hüquqlarının təmin olunması üçün əsas verir. Əgər alıcılar aldıqları maldan və ya xidmətdən narazı qalarlarsa, hüquqlarının bərpası üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu zaman onlara yalnız kassa çekləri yardım edə bilər. Alıcılara çek adı ilə təqdim edilən “barkod”ların isə heç bir hüquqi əsası yoxdur. Bəs onları kassa çekindən neçə fərqləndirmək olar?

Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirməlidirlər. Məcəllənin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

• vergi ödəyicisinin adı;

• VÖEN-i;

• çekin vurulması tarixi və saatı;

• təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

• malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

• gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

• nəzarət-kassa aparatının markası və zavod nömrəsi;

• nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);

• malın sürətli məlumat kodu (Quick Response Code).

Bir çox ticarət şəbəkələrində alıcılara təqdim edilən “barkod”larda isə yalnız müəssisənin adı, alınan malların siyahısı və vurulma tarixi göstərilir. Malları geri qaytarmaq istədikdə və ya digər başqa narazılıqlar olduqda isə həmin kağızlar işə yaramır.

Digər tərəfdən, kassa çeklərinin üzərində alıcıların ödədiyi ƏDV məbləğləri də göstərilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, vətəndaşlar yaxın gələcəkdə ticarət obyetklərində alış-veriş zamanı nağd qaydada ödədikləri ƏDV-nin 10 faizini, nağdsız, yəni kartlarla ödədikdə isə 15 faizini geri ala biləcəklər. Bu proses başlayarkən, kassa çeklərinin tələb edilməsi xüsusilə aktual olacaq.

pia.az


Etiket: çek barkod


Digərxəbərlər

Populyar xəbərlər

Özünə "DOST" əhaliyə DÜŞMƏN kəsilən ƏƏSMN-də "şirinliyin" elektron variantı

Dörd nəfərin ölümünə səbəb olan sürücünün hansı vəzifəni tutduğu məlum oldu - Foto

Prezident Daşaltı kəndində tunelin təməlini qoyub - Yenilənib, Foto

Dövlət Miqrasiya Xidmətini talayıb, indi Meriyanı dağıdan İntiqam Məmmədovun biznes dünyası - Siyahı

Ərdoğan-Bayden görüşündə masa üzərindəki maraqlı detal – Foto

“Ərdoğanın Şuşaya səfəri günü bütün Ermənistan prezidentləri Xankəndidə olmalıdır” - Poqosyan

“Hacıbala Abutalıbovu niyə həbs etmirlər?!” - Xalq artisti

“Nərminin otaqdan qaçmaq şansı yox idi” – İlkinin etirafedici ifadəsi

“Onu əvəzləyəcək kadr yoxdurmu?” - Partiya sədri

Ən çox oxunanalar