Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mövsümün ən dəbli üst geyimi - Foto

Bomber gödəkçələri bir vaxtlar bombardmançı pilotlar geyinirdi. Bu üst geyimi bomber adını da elə burdan alıb. Pilot gödəkçələri əvvəlcə kişi, daha sonra qadın qarderoblarında kök saldı və zamanla payızın dəyişməz trendlərinin arasında öz yerini tutdu.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 2022-ci ilin payız-qış kolleksiyaları da istisna olmayıb. "Qadınlığı vurğulamaq üçün kişilik elementlərinə ehtiyacınız var" deyən dizayner Ketrin Qolşteyn bu mövsüm dəri bomberlərin xüsusilə aktual olacağı proqnozunu verib.

Bu ilki kolleksiyalarda həqiqətən çox sayda bomber gödəkçələr var. Belə gödəkçələri istənilən mağazadan tapa bilərsiniz, amma daha həcmli versiyalarına kişi bölməsində rast gəlmək ehtimalı yüksəkdir. Məsələn, "Prada" şousunda həcmli versiyaları qarşımıza çıxdı, "Isabel Marant"ın dəfiləsində bomberin daha uzun modellərini gördük. Məşhur dizayner Fibi Faylonun tələbəsinin qurduğu "Quira" brendində bomber gödəkçələr Viktorian dövrünün bluzalarını xatırladırdı. "Raf Simons"da isə pilot gödəkçələr orta əsrləri xatırladan dramatik bir başlıqla birlikdə təqdim olunmuşdu.

Bomber gödəkçəni necə geyinmək olar?

Bir çoxları həcmli gödəkçənin bədənin proporsiyalarını pozacağından qorxur. Həqiqətən onda daha həcmli görünmək riski çoxdur. Amma onu qısa yubka, dar paltar və ya dar şalvarla birlikdə geyinsəniz, bütün risklər aradan qalxacaq və siz əksinə, daha cəlbedici görünüş qazanacaqsınız.

Bomber gödəkçənizin qısadırsa, geniş şalvar uğurlu seçim olacaq.

Bomberin vodolozka ilə cins şalvar və şişburun çəkmələr ilə birləşməsini isə, şübhəsiz ki, ən təhlükəsiz variantlardan biri adlarmaq olar. (publika.az)

Fotolar

pia.az


Etiket: mont dəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar