Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur ulduz səkkiz ildən sonra aktyorluğa qayıdır

49 yaşlı amerikalı aktrisa Kemeron Diaz səkkiz illik fasilədən sonra filmlərə qayıdır.

Milli.Az CNN-ə istinadən bildirir ki, ulduz bu barədə İnstaqram hesabında məlumat verib.

Diaz Netflix-in yeni filmi "Back in Business"də rol almağa hazırlaşır. Onun çəkilişdəki tərəfdaşları aktyorlar Tom Bredi və Ceymi Foks olacaq. Sonuncu ilə sənətçi 2014-cü ildə "Annie" filmində birlikdə oynayıb. Film aktrisanın karyerasında fasilədən əvvəl filmoqrafiyasındakı son tammetrajlı layihə olub.

"Ceymi Fok? Yalnız sən məni qaytara bilərsən. Mən gözləyə bilmirəm, lənətə gəlsin, bu, bir partlayış olacaq!" - çəkiliş meydançasında həmkarları ilə yazışmalarını aktrisa sosial şəbəkələrdə paylaşıb.

Filmin rejissoru Set Qordon, Foks isə icraçı prodüserlərdən biri olacaq. Filmin buraxılış tarixi, eləcə də hekayə xəttinin təfərrüatları hələlik gizli saxlanılır, lakin "Back in Business" filminin istehsalına bu il başlanacağı məlumdur.

2020-ci ilin yanvarında ulduz "Good Charlotte" qrupunun gitaraçısı Bendji Maddendən Reddiks adlı qızı dünyaya gətirərək ilk dəfə ana oldu. Həmin ilin yayında aktrisa kinodan getməsini açıqladı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar