Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransalı deputat: "Pekres yaxşı bilirdi ki, Qarabağa gizli səfər diplomatik böhrana səbəb olacaq"

"Qarabağa səfər Azərbaycan hakimiyyətinin razılığı olmadan həyata keçirilə bilməz. Namizəd Pekres yaxşı bilirdi ki, bu gizli səfər diplomatik böhrana səbəb olacaq".

“Report”un Fransa bürosu xəbər verir ki, bu barədə Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) bu gün yaydığı bəyanatda deyilir.

ADA prezidenti, deputat Jerom Lamber prezident seçkilərinə namizəd Valeri Pekresin Azərbaycan Prezidentinin guya səsləndirdiyi “ölüm təhdidləri” ilə bağlı son bəyanatlarını pisləyib.

Bəyanatda Jerom Lamber bildirir ki, Azərbaycan Prezidenti suveren ölkənin beynəlxalq səviyyədə tanınmış milli sərhədlərinin pozulmasından söhbət gedəndə hüququn prinsiplərini və beynəlxalq hüququn normalarını xatırladıb.

Bildirilir ki, Azərbaycan Respublikasına həyata keçirilən bu qanunsuz səfər bir qrup seçicinin səsini toplamaq məqsədi daşıyır, dünyəvi Respublika və Qafqazda əsas iqtisadi tərəfdaş olan Azərbaycanda Fransanın imicinə və nüfuzuna bir daha xələl gətirir. Bu məsuliyyətsiz davranış Fransanın Avropa və ikitərəfli beynəlxalq öhdəliklərinə də xələl gətirir.

Bəyanatda Fransa prezidentliyinə namizəd Pekres beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar