Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Şəhər İcra Hakimiyyətində qazilərlə görüş keçirilib - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ildirim sürətli 44 günlük Vətən müharibəsində özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərib:

"Onun rəhbərliyi ilə düşmən üzərində şanlı qələbə qazanılıb və torpaqlarımız işğaldan azad edilib. Ölkə başçısının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə inkişafa nail olunub, qudrətli iqtisadiyyat və bu baza üzərində güclü Ordu, həmçinin torpaqlarımızın azad edilməsinin hüquqi bazası yaradılıb. Bunun da nəticəsində böyük qələbə qazanılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır. Qazanılan şanlı qələbə və aparılan genişmiqyaslı quruculuq işləri ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub və bu da tarixdə şəxsiyyətlərin rolunu bu bir daha təsdiq edir".

O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbəbə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir: "Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızin ruhu qarşısında baş əyir, onlara ulu tanrıdan rəhmət diləyirik. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Bu gün onların müalicəsi, cəmiyyətə inteqrasiyası, lazımı tələbatlarının ödənilməsi bütün qurumların əsas vəzifələrindən biridir".

Açıq dialoq şəklində keçirilən görüşdə müharibə iştirakçıları və qazilər dinlənilib, onların sual və təklifləri nəzarətə alınıb. Görüşdə Vətən müharibəsi iştirakçıları və qazilərin müharibə ilə bağlı memuarlarının toplanıb kitab şəklində çap edilməsi və digər məsələlərin həlli ilə bağlı Şura yardılması qərara alınıb.

Vətən müharibəsindəki döyüşlərdə iştirakından danışan qazi Fərid Həsənov Vətən müharibəsi günlərində dövləti və ordunu məharətlə idarə edən, torpaqlarımızın azad edilməsində əvəzsiz xidməti olan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ən yüksək hərbi rütbə olan “Generalissimus” ali hərbi rütbəsinin verilməsini təklif edib.

Digər çıxışçılar ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar