Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda kişilər niyə məktəbdə müəllim işləmək istəmir?

Azərbaycanda orta məktəblərin aparıcı pedaqoji heyətinin əksəriyyətini qadınlar təşkil edir. Belə demək olarsa, təhsil prosesinin mərkəzində qadınlar dayanır.

Ölkəmizdə zərif cinsin müəllim peşəsi ilə bağlı seçimi bəzi ənənələrə söykənsə də qızların təhsil almasını motivasiya verən mühüm məqamlardan hesab olunur.

İki ay əvvəl təhsil naziri Emin Əmrullayev təhsil sahəsində çalışan qadınların sayını da göstərmişdi. Nazir bəyan etmişdi ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir.

Dünya ölkələrində məktəbdə qadın və kişi müəllimilərin sayı barədə müzakirələr müxtəlif platformalarda aparılır.

Kişi müəlliminin zəhmi və tədrisi idarə etməsi hələ sovet zamanından cəmiyyətin diqqət verdiyi əsas məqam olub. SSRİ zamanında məktəb müəlliminin portreti təqribən belə idi: 40-45 yaşlarında, yüksək mədəni səviyyəli və bir məktəbdə əvvəldən axıra qədər işləyən pedaqoq. Müəllimin sosial statusu çox yüksək qiymətləndirilirdi. 15-20 il stajı olan müəllimin əmək haqqı zavodda işləyən texniki mütəxəssisin maaşından çox olmasa da müəllimə verilən hörmət və ehtiram hamıdan yüksək idi.

SSRİ dağıldıqdan sonra postsovet ölkələrində təhsil sektoru hər bir ölkənin yürütdüyü siyasətin prioritetləri üzərində quruldu.

Azərbaycan da bu sırada öz yerini tuturdu.

Ötən əsrin 90-cı illərinin əvvələrində pedaqoq peşəsinin əhəmiyyəti kəskin şəkildə düşdü. Bunun əsas səbəbi çox aşağı olan əmək haqqı, məktəblərdə ardıcıl aparılan islahatlar idi. Bu islahatlar müəllimlərə yeni tələblərə və şərtlərə adaptasiya olunmağa imkan vermirdi. Öz peşəsini saxlamaq istəyənlərin bir hissəsi özəl kolleclərə, gimnaziyalara və litseylərə üz tutdu.

Bundan başqa sosial vəziyyətin doğurduğu problemlər bu sahədə ənənəvi balansı da pozdu. Müəllim maaşı ilə ailə dolandırmağın çətinliyi səbəbindən kişilərin son 30 ildə pedaqoji heyətdə yerləri xeyli seyrəlib.

Bəs dünya ölkələrində bu balans necədir?

Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumatlara görə, ölkələr üzrə pedaqoji heyətdə qadınların üstünlük təşkil etdiyi rəqəmlər müxtəlifdir.

Asiyada təhsil sektoru qadınların məşğuliyyət sahəsi kimi mühüm yer sayılır. Pedaqoji sektorun “şərəfli”, “etibarlı iş yeri” imici var. Məsələn, Çində 2011-ci ildə məktəblərdə çalışan müəllimlərin 42,1 faiz kişi, 57,9 faiz qadın olub. Malyziyada təhsil sahəsində işləyən müəllimlərin 65 faizi qadındır. Tailandda bu 61 faizdir. Yaponiyada isə bu rəqəm 39 faizi keçmir.

Statistik göstəriciləri araşdırdıqda Avropa ölkələrində rəqəmlər maraqlıdır. Məsələn, Latviyada məktəblərdə pedaqoji kollektivin 88,7 faiz qadın müəllimələr təşkil edir. Rusiyada bu 86 faizdir. ABŞ məktəblərdə müəllimlərin 76 faiz qadınlar, 24 faiz kişilərdir. Britaniyada pedaqoji sahədə çalışanların 26 faiz kişi müəllimdir, 78 faiz qadındır.

Müsəlman ölkələrinin əksəriyyətində isə pedaqoq peşəsi “kişi peşəsi” hesab olunur və qadın üçün çətin iş sayılır.

BMT-nin statistik məlumatına görə, dünyanın bütün regionlarında ibtidai məktəb müəllimlərinin sayına görə, qadınlar kişiləri əhəmiyyətli sayda qabaqlayır. Burada yalnız Afrika istisnadır.

Ekspertlərin sözlərinə görə, Azərbaycanda hazırda məktəblərdə kişi müəllimlərin sayının az olması müəyyən streotiplərlə bağlıdır. Birinci odur ki, müəllim peşəsi “qadın peşəsi” sayılır, digər tərəfdən verilən maaşla ailə saxlamaq kişi üçün o qədər də asan deyil.

Əmək haqqı pedaqoji sahə üçün “ağrılı nöqtə” hesab olunur. Bu baxımdan peşə seçimində bu amil vacib rol oynayır.

Dünya ölkələrində isə müəllimlərin maaşı dövlətlərin səviyyəsinə görə dəyişir. Qərb ölkələrində bu məbləğ yüksəkdir. Müqayisə üçün deyək ki, ABŞ-da müəllimin orta aylıq əmək haqqı ştatdan asılı olaraq 2700-4000 dollardır. Britaniyada bu 3000 dollar, Almaniyada 4000 dollar, Fransada 2600 dollardır. Finlandiyada müəllimlər ayda 3000 dollar maaş alırlar.

Postsovet ölkələrində bu məbləğ əhəmiyyətli dərəcədə az olsa da ölkələr üzrə müxtəlifdir. Məsələn, qonşu Rusiyada müəllimlərin orta aylıq əmək haqqı 32 min rubldur. (410 dollar)

Ukraynada müəllimlər ayda 350 dollar, Belarusda 300 dollar, Ermənistanda 210 dollar, Gürcüstanda 520 dollar, Qazaxstanda 700 dollar məvacib alırlar.

Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə müəllimlərin aylıq vəzifə maaşı 2019-cu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.

Müqayisə etdikdə görmək olur ki, hətta yüksək maaş olan Avropa ölkələrində belə kişilər pedaqoji sistemdə azlıq təşkil edir.

Bu gün demək olar ki, Azərbaycan məktəblərində çalışan pedaqoq qadınlar 35-45 yaşlarında ali təhsil almış qadınlardır. Bu müəllimlər təsir dairəsinə görə, təkcə təhsil prosesi üçün deyil, həmçinin şagirdlərlə və valideynlərlə dərsdən xaric münasibətlərin formalaşmasının məsuliyyətini daşıyırlar.

Cəmiyyətin əksəryyəti hesab edir ki, müəllimin öhdəsinə təkcə təhsil vermək düşmür, o həmçinin tərbiyələndirmək missiyasını daşıyır. Böyük inzibati yük, sinifdə uşaq sayının çoxluğu müəllimi özünün şəxsi vaxtını da uşaqlara həsr etməyə məcbur edir.

Təhsildə aparılan islahatlar pedaqoji heyətin səriştəsinin artırılmasını tələb edir, pedaqoq üzərinə qoyulan tapşırıqlar daha çətinləşir. O, uşağa aldığı biliklərin praktik bacarıqlarını öyrətməli, öz təcrübəsinin şagirdin həyatında analizini bacarmalıdır.

Milli təhsil siyasətində illərlə aparılan müxtəlif yanaşmalar, innovativ təkliflər və dünya praktikasının tətbiqi pedaqoji heyəti də bu tələblərə uyğun formalaşmağa məcbur edir. Bu sahəyə kişilər də öz töhfələrini verməsi işin xeyrinə olar. Müəllim peşəsinin kişilər arasında populyarlıq qazanması, onlarda pedaqoji işə maraq oyatmaq bu tələblərdən birini təşkil etməlidir.

Kişilərin pedaqoji prosesdə müəllim kimi saylarını artırmaq üçün bu peşənin “qadın işi” olması barədə mifi dağıdacaq “nümunə-müəllim”lərin müsbət təcrübələri təbliğ olunması faydalı olar. Gənc nəslin təlim –tərbiyəsində bu faktoru gözardı etmək olmaz. Bunun üçün dövlət özünün bütün mümkün resurslarından istifadə etməlidir.(Azpost.info)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - Bu vəzifəlilər onları əvəzlədi

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Azərbaycan mətbuatının daha bir ayıbı - Türkiyədəki media təmsilçilərimiz nə işlə məşğuldurlar?

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: Bakı niyə susur?

Etibar Məmmədov: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı ki.."

Həbs edilən deputat vergi işçisini də döyübmüş

“Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır”

“Eldəniz Səlimovun o maddə ilə həbsi qanunsuzdur” - Tanınmış vəkil

Ən çox oxunanalar