Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bir sıra qoruqlarda tədbirlər keçiriləcək

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda uşaqlar gününə həsr olunmuş tədbirlər təşkil olunacaq.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb

Bildirilir ki, qoruqda gün ərzində uşaqlar üçün interaktiv və əyləncəli oyunlar, Kromlex daş sərgisi və muzeylə tanışlıq, məktəblilərdən ibarət musiqi və rəqs qruplarının çıxışı nəzərdə tutulub.

Həmçinin bir sıra məktəblərin şagirdləri və müəllim heyəti üçün onlayn video-konfrans keçiriləcək.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Tarix-Diyarşünaslıq Muzeyində də azyaşlı ziyarətçilər üçün əyləncəli tədbirlər təşkil olunacaq. “Kiş” Tarix-Memarlıq Qoruğunda yerli sənətkarların, eləcə də uşaqların taxta üzərində oyma və tikmə işlərindən ibarət əl işləri nümayiş etdiriləcək.

Qeyd edək ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu və Şəki Tarix-Diyarşünaslıq Muzeyinə 18 yaşadək uşaqların girişi ödənişsizdir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar