Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika imperiyasının sonu - Məşhur analitik Britaniya nəşrində ABŞ-ın sonunu yazdı

ABŞ təsir gücünü itirir, Amerika imperiyasının sonu dinç yolla olmayacaq...

Nil Ferqyuson
The Economist, Böyük Britaniya, 26.08.2021

“Kütlə hələ də cəhalət içərisindədir… liderlər isə səs arxasınca düşərək onları haqq yoluna dəvət etməkdən çəkinirlər”.

Birinci Dünya Müharibəsindən sonra “Yaxınlaşan fırtına” (The Gathering Storm) kitabında Unston Çörçil belə yazırdı. O, kitabında təəssüf hissi ilə “populyarlığa can atan və seçkilərdə qalib gəlmək naminə dövlətin həyat əhəmiyyətli maraqlarını nəzərə alamadan xoşagəlməz faktları görməməzlikdən gələnləri” qınayırdı. Ordunun Əfqanıstanı biabırçıcasına tərk etməsi fonunda Amerikan oxucusu prezident Baydenin yaranmış nizamsığlığı ört-basdır etmək üçün etdiyi gərgin gəhdləri Britaniyanın iki dünya müharibəsi arasında olan vəziyyəti ilə müqayisə etmək olar və o zaman Çörçil öz qeydlərində çox haqlı idi.

Yelsk univerasitetinin professoru Pol Kennedinin ifadə elədiyi kimi, Britaniyanın həmin dönəmdə əhval-ruhiyyəsi imperiyanın həddindən artıq gərginatmosferə girməsi fonunda milli tükənmənin göstəricisi idi. 1914-cü ildə dünya müharibəsini yaşamağa məcbir olan Britaniya həmin illərdə həm də maliyyə böhranı yaşayırdı. Müharibədən sonra, 1918-19-cu illərdə “ispaniya qripi” epidemiyası isə dəhşətli vəziyyət yaratmışdı. İqtisadi çöküşün mənzərəsi dağ kimi şişən borclarla ortaya çıxmışdı. Funt-sterlinqin aparıcı dünya valyutası olaraq qalmasına baxmayaraq, artıq digər valyutalar ingilis valyutası ilə rəqbətə başlamışdı. Dəhşətli sosial ədalətsizlik və hüquqsuzluq fonunda sol siyasətçilər tam sosializm olmasa da, imperiya sərvətlərinin yenidən paylaşdırılmasını tələb edirdilər. Ziyalı zümrənin böyük bir hissəsi isə daha da irəli gedərək kommunist və hətta faşist görüşləri mənimsəyirdilər.

Siyasi elita isə beynəlxalq vəziyyətin günü-gündən pisləşməsinə göz yummağa üstünlük verirdilər. Böyük Britaniyanın dünya ağalığına Avropada, Asiyada və Yaxın Şərqdə təhdidlər vardı və 1920-ci ildə müharibədən sonra yeni nizamın və kollektiv təhlükəsizliyin əsasını qoyan Millətlər Liqası dağılır, imperiya xəzinəsi isə boşalırdı. Xəzinəni doldurmaq isə imkansız hala gəlirdi. Bütün bunlar total təhdidlərin miqyasını qəbul etmək istəməyənlərin fəlakətli bacarıqsızlığı ilə müşaiyyət olunurdu. Yeni ortaya çıxan diktatorların qarşısını almaq üçünsə heç bir şey edilmirdi.

Bəs Britaniyanın acı təcrübəsi Amerikan imperiyasının gələcəyi üçün dərs olacaqmı?

Amerikanlar keçmişi öz tarixləri üzərində öyrənməyə üstünlük verirlər. Lakin yaxşı olardı ki, onlar indiki vəziyyətlərini özlərindən əvvəlki ingilis dilli hegemonla müqayisə edəydilər. Çünki bu günkü ABŞ iki dünya müharibəsi arasındaki Britaniyanı çox xatırladır.

Əlbəttə ki, heç bir tarixi anologiya ideal şəkildə bir-birinə bənzəmir. 1930-cu ilə qədər Britaniyanın idarə etdiyi çoxlu sayda koloniyalar, müstəmləkə ərazilər ABŞ-ın indiki vəziyyətinin real anoloqu deyil. Buna görə də hətta 20 ildən sonra Əfqanıstandan ordunu və onlarla əməkdaşlıq edən dinç əhalini çıxarandan sonra da amerikanlar özlərini inandırmağa çalışırlar ki, onların imperiyaları yoxdur.

Koronavirusdan yüksək ölüm nəticələri olmasına baxmayaraq, Amerikanın milli zehliyyətinin zədələnməsi Britaniyanın Birinci Dünya Dünya müharibəsində verdiyi böyük itlilərdən yaranan zehni zədə ilə eyni deyil. Amerikanı bu gün nasist Almaniyası kimi bir düşmən də təhdid etmir. Buna baxmayaraq bənzərlik çox böyükdür və bu təkcə Əfqanıstanda qayda yaratmaqla məhdudlaşmır. Ortada olan mənzərə Ameika dövləti üçün doğrudan qorxuncdur.

Son on illiklərdə Amerikanın dağılması haqqında o qədər çox kitab və məqalə yazılıb ki, artıq dağılma fəlsəfəsi öz təsirini belə itirib. Lakin Britaniyanın 1930-1950-ci illərdəki təcrübəsinə əsaslanaraq demək olar ki, bir imperiya olaraq ABŞ-ın taleyi sakitcə dağılmaqdan çox-çox pis olacaq.

Pula diqqət edin

Dağ kimi şişən borçlardan başlayaq. Birinci Dünya Müharibəsindən sonra Britaniyanın dövlət borcu ÜDM-nin 109%-ni təşkil edirdisə, 1934-cü ildə 200%-ə qədər artdı. ABŞ-ın federal borcu bir çox parametrlərdə fərqli olsa da, böyüklüyünə görə müqayisə ediləndi. Bu il ABŞ-ın dövlət borcu ÜDM-nin 110%-ni əhatə edəcək və bu hələ ki, pik hədd deyil. Sonuncu dəfə ABŞ-ın dövlət borcu bu həddə İkinci Dünya Müharibəsindən sonra çatmışdı. Konqresin Büdcə idarəsinin hesablamalarına görə isə 2051-ci ildə ABŞ-ın xarici borcu ÜDM-nin 200%-indən artıq olacaq.

Bu günkü ABŞ-ın borçları ödəmə müddətində də yüz il bundan əvvəlki Birləşmiş Krallığın xarici borçları arasında da fərq var. ABŞ-ın xarici borçları ödəmə müddəti həddindən artıq az, ortalama 65 ay olduğu halda, Britaniyanın dövlət borçlarının 40%-dən çoxu müddətsiz istiqrazlara qoyulmuşdu. Bu o deməkdir ki, ABŞ-ın xarici borcu faiz dəyişikliklərinə yüz il əvvəlki Britaniyadan daha həssasdır.

Əhəmiyytəli bir fərq isə iki müharibə arasında Britaniyada yeni maliyyə və pul siyasəti nəzəriyyələrinin ortaya çıxmasıydı. Bu əsasən Con Meynard Keynsin təklif və tənqidləri əsasında baş verdi. Britaniya hökümətinin 1925-ci ildə aldığı qərarla funt-sterlinq qızılın müharibədən əvvəlki standartına bağlandı və bu ölkəni 8 il davam edən deflyasiyaya səbəb oldu. Bu bir çox iş yerlərinin itirilməsinə yol açdı. 1931-ci ildə Britaniyada işsizlik səviyysəi pik həddə, 15%-ə çatmışdı. Buna baxmayaraq Britaniya depressiyasını yumşaq depressiya adlandırmaq olar. 1931-ci ildə pul-kredit siyasəti yumşaldıldı. Real faiz dərəcələri isə borç yükünü yüngülləşdirdi və hökümətə manevr eləmək üçün yeni maliyyə imkanları yaratdı.

Amerika üçünsə borçların ödənilməsi üçün xərclərin azaldılması yaxın illərdə az inandırıcı görünür .Keçmiş iqtisadiyyat naziri Lourens Sammers başda olmaqla bir çox iqtisadçılar hesab edirlər ki, ABŞ-ın bu günkü vergi-büdcə və pul-kredit siyasəti inflyasiyaya səbəb olacaq. Əgər Britaniyada faiz göstəriciləri 1930-cu illərdə ümumilikdə aşağı düşdüsə, proqnozlara görə Anerikada 2027-ci ildən başlayaraq pozitiv olacaq və əsrin ortalarında 2,5%-ə qədər artacaq. Doğrudur, daha əvvəl də faiz dərəcələri ilə bağlı proqnozlar özünü doğrultmadı və FES-də monetar siyasətini dəyişməyə tələsmir, lakin faiz dərəcələri doğrudan artsa, o zaman bu ABŞ-ın xarici borçlarına çox baha başa gələcək. Federal büdcədə bir çox sahələr xüsusən də müdafiə sahəsi ixitisarlara məruz qalacaq.

Və burda biz əslində məsələnin məntiqinə gəlib çatırıq. 1930-cu illərdə Çörçili qəzəbləndirən əsas şey hökümətin Hitlerin, Mussolinin və Yaponiyanın aqreesiyası qarşısında silahlanmadan qaçınması idi. Əksinə hökümət daha çox sülhpərvər siyasət yürüdürdü və hesab edirdi ki, maliyyə və iqtisadi çatışmamazlıqlara görə sürətli silahlanma doğru siyasət deyil.

Bu gün düşünmək olar ki, Amerika Çin, Rusiya, İran və hətta Şimali Koreya tərəfindən anoloji təhdidlərlə üz-üzədir. Lakin böyük müharibə fantastika kimi görünür. Bu gün Amerikanların böyük əksəriyyəti yüz il əvvəl britaniyalılar kimi, bur ya da bur neçə avtoritar rejimlə böyük müharibəni xəyallarına belə gətirmirlər. Qeyd etmək lazımdır ki, ABŞ-ın hərbi yükü doğrudan ağırdır və demək olar ki, bütün planeti əhatə edir. Buna görə də müdafiə xərclərini 2020-ci ildə ÜDM-nin 3,4%-nə çatdırılması və 2031-c ildə 2,5%-ə qədər endirilməsi Çörçil kimi düşünənləri narahat edir. Bu reallığı başa düşənlərin etirazları artdıqca, bir zamanlar Çörçilə qarşı olduğu kimi, müharibə təbliğatı aparmaqda günühlandırılacaqlar və onlar buna hazır olmalıdırlar.

Güc nisbi anlayışdır

Digər ölkələrə müqayisədə ABŞ-la Britaniya arasında bütün nisbi düşüşlə bağlı daha bir bənzərlik var. İqtisadiyyatın tarixi üzrə mütəxəssis Anqus Meddisonun hesablamalarına gğrə 1930-cu illərdə istehsalın həcminə görə təkcə Amerikadan geri qalmırdı, eyni zamanda, Almaniyadan və Sovet İttifaqından da daldaydı. Doğrudur Britaniya imperiyasının iqtisadiyyatı ümumilikdə Birləşmiş Krallığın iqtisadiyyatından iki dəfə böyükdü, lakin ABŞ iqtisadiyyatı da İngiltərə iqtisadiyyatından iki dəfəf böyükdü və “Böyük depressiya” zamanı belə, Britaniya iqtisadiyyatından heç də geri qalmırdı.

Bu gün ABŞ anoloji olaraq iqtisadi istehsalın azalması problemi lə üzləşib. Alıcılıq qabiliyyətinin paritetliyini də nəzərə alarsaq, daha aşağı qiymətlərlə mal istehsal edən Çinin ÜDM-si 2014-cü ildə ABŞ-ın ÜDM-sini keçdi. Dollar ekvivalentinə görə Amerika iqtisadiyyatı hələ də ən böyükdür, lakin proqnozlara görə fərq azalmaqda davam edəcək. Bu il Çinin ÜDM-si dollarla ABŞ ÜDM-sinə nisbətən 75%, 2026-cı ildə isə 89% təşkil edəcək.

Sirr deyil ki, Çin iqtisadiyyatı ABŞ üçün SSRİ-dən daha böyük problem yaradır. Nəzərə almaq lazımdır ki, “soyuq müharibə”nin pik vaxtında SSRİ-nin ÜDM-si ABŞ ÜDM-sinin ancaq 44%-ni təşkil edirdi. O da heç kimə sirr deyil ki, Çin bir çox texnoloji sahələrdə, o cümlədən milli təhlükəsizlik və süni intellekt sahələrində Amerikanı üstələməyə çalışır.

İmperiyanın sonu

Amerika imperiyasında birbaşa hökmranlıq etdiyi koloniyalar, müstəmləkələr, protektoratlar olmaya bilər, lakin ortada bir dünya hökmranlığı var, yaşanan gərginliklər isə çox bənzərdir. Amerikada istər sağcılar, istərsə də solcular imperiya söz-söhbətinə ya gülürlər, ya da bunu qızğın müzakirə edirlər. “Amerika imperiyası dağılır”, deyə sol təmayyüllü “Neyşn” (The Nation) jurnalının əməkdaşı Tom Engelhart sevincək yazır. Sağçı iqtisadçı Tayler Kouen isə sardonikcəsinə “Amerika imperiyasının çöküşünü” təsəvvür edir. Əgər afroamerikalı mütərrəqi filisov Kornel Uest “Qaraların həyatı hər şeydən önəmidir” hərəkatını Amerika imperiyası ilə mübarizəni eyniləşdirirsə, iki respublikaçı-trampçı Rayan Ceyms Hirdaski və Harlan Hill hesab edirlər ki, pandemiya “kralın lüt olması” ilə bağlı deyilənlərə daha bir sübutdur.

Sağçılar əvvəlki kimi respublikanın ənənəvi fundamental versiyasını müdafiə edirlər və Amerika tarixini quldarlıq hekayələrinə çevirən “ayıq-sayıq” solculardan uzaqlaşmağa çalışırlar. Lakin heç bir siyasi qanad 1949-cı illərdə başlayan qlobal hegemoniya epoxasını xatırlamır və bu epoxa üçün darıxmır da.

Sözün qısası, 1930-cu illərdə britaniyalılar imperiyanı sevməyi nə qədər yadırğamışdılarsa, 2020-ci illərin Amerikalıları da bir o qədər öz imperiyalarına yadırğayıblar və bu çinlilərin sevicək müşahidəçilətin diqqətindən qaçmır.

Buna baxmayaraq imperiya hələ yaşayacaq. Əlbəttə ki, Amerikanın əsil koloniyaları çox azdır: bunlar Puerto-Riko və Qəraib hövzəsində Virciniya adaları, həmçinin Sakit okeanın şimalında Quam və Şimali Marin adaları və Sakit okeanın cənub hissəində Amerika Samoasıdır. Britaniya imperiyası ilə müqayisədə bu siyahı heç nədir. Ancaq bütün dünyada Amerikanın hərbi mövcudluğu bir zamanlar britaniyanın olduğu kimi hər yerdədir. Bu gün Amerikanın 50 ştatından kənarda 200 min əsgəri var.

Bu qədətr geniş miqyaslı və qlobal məsuliyyəti ABŞ öz üzərinnə götürməsi heç də sadə məsələ deyil, lakin düşünmək lazım deyil ki, bu məsuliyyətdən də qaçmaq elə də asan olacaq. Ona görə də Britaniyanın təcrübəsinin Amerikanlar diqqətlə öyrənməlidirlər.

Prezident Co Baydenin Əfqanıstandan ordunu tamamilə çıxarmaqla bağlı tələsik qərarı ABŞ-ın xaricdəki məsuliyyətlərindən yayınmaq istəməsinin daha bir siqnalıdır. Bu prosesi Barak Obama başladı və 2013-cü ildə çox tələsik halda İraqdan çıxaraq, Amerikanın artıq “dünya polisi” olmadığını bəyan etdi. Donald Trampın “Hər şeydən əvvəl Amerika” doktrinası isə Obamanın irəli sürdüyü tezisin popülist forması idi. Tramp Əfqanıstandan çıxmağı o qədər çox istəyirdi ki, hətta üsyançılara vergi (xərac) belə tətbiq etməyi düşünürdü.

Əfqanıstanda bu ay meydana çıxan fəlakətin problemi odur ki, dünya hekmranlığından imtina çox az hallarda sülh yolu ilə baş verir. Hara fırladırlarsa fırlatsınlar, uzun müddət davam edən müharibədən imtina etmək məğlub olmaq anlamına gəlir və bu tək Talibanın gözündə elə görünmür. Əfqanıstanla kiçik ərazidə sərhədə sahib olan Çin də belə düşünür. Və Rusiyada özünün tipik rus sevinci ilə bunu belə qəbul edir. Hesab etməyin ki, Obamanın “dünya polisi” missiyasından imtina etməsindən sonra Rusiyanın Ukraynaya və Suriyaya hərbi müdaxilə etməsi sadəcə üst-üstə düşən təsadüf idi.

Baydenin nhələ 2010-cu ildə verdiyi müsahibəsində Əfqanıstandan bir zamanlar Riçard Niksonun Vyetnamdan çıxdığı kimi sakitcə və problemsiz çıxacaqlarını iddia etməsi, onun tarixi bilməməsindən irəli gəlir. Amerikanın Hindiçində alçaldılması heç də əbəs deyildi. Bu çıxış SSRİ-ni və müttəfiqlərini ABŞ-a başqa ərazilərdə də, xüsusən Afrikada problem yaratmağa həvəsləndirdi. Sayqonun (indiki halda Kabilin) yenidən itirlməsi öz arxasınca ABŞ üçün heç də yaxşı olmayan nəticələr doğuracaq.

Amerika imperiyasının çöküşünü hətta 2003-cü ildə neomühafizakarların təkəbbürlə İraqı işğal edikləri zaman aydın görünürdü. O vaxt Amerikanın qlobal vəziyyətində ən az 4 təməl zəif nöqtə vardı. Bu barədə mən ilk dəfə “Nəhəng. Amerika imperiyasının yüksəlişi və çöküşü” kitabımda yazmışam. Amerikanın 4 zəif nöqtəsi aşağdakılardır: şəxsi keyfiyyət çatışmamazlığı, ( Çox az amerikalı Əfqanıstan, İraq kimi ölkələrdə olmaq istəyir) büdcə çatımamazlığı (bu barədə yuxarıda danımışıq) diqqət çatışmamazlığı, (elektorat hər hansı böyük miqyaslı hadisəyə marağını 4 il müddətində itirir) və tarixi bilməmək (siyasətçilər öz sələflərinin səhvlərindən ibrət götermək istəmirlər, xarici ölkələrdən isə heç

Britaniya imperalizminin belə problemləri heç zaman olmamışdı. Büdcə çatışmamazlıqlarından daha betər problem isə ABŞ-ın neqativ beynəlxalq investisiya mövqeyinə sahib olmasıdır. Amerika borçluların bənzərsiz böyük imperiyasıdır. Bu imperiya hegemoniyasını yürütmək üçün dövlət borçlarını xarici dövlətlərə satan yeganə imperiyadır. Bu isə fövqəldövlətin təməlinin sarsılması üçün yetərlidir.

Fırtınadan əvvəl

Çörçilin “Yaxınlaşan fırtına” kitabında əsaq arqumenti heç də Almaniyanın, İtaliyanın, Yaponiyanın qarşısı alınmazsa, Britaniyanın çöküşə məhkum olması, deyildi. Əksinə o, deyirdi ki, müharibədən ancaq 1930-cu illərdə Qərbin demokratik ölkələrinin kəskin qərarlılılğı ilə qaçmaq olardı. Franklin Ruzverlt müharibəni necə adlandırmağı soruşduqda, Çörçil həmin anda cavab vermişdi: “Lazımsız”.

Ona görə də Çinin, hələ Rusiyanın yüksəlişində qaçılmaz bir şey yoxdur. Çünki onların yanında yer alan Şimali Koreya, Venesuela kimi kişik ölkələrin iqtisadiyyatı sadəcə çırçırpıdır. Çinin əhalisi gözlənildiyindən də tez qocalır və onun işçi qüvvəsi özü-özünü yeyir. Çinin bundan sonrakı iqtisadi yüksəlişinin qarşısını özəl biznesin ərşə yüksələn borcu alacaq. Bundan başqa koronavirusla bağlı həqiqətləri gizlətməsi, Çinin beynəlxalq imicinə ciddi ziyan vurub. Və nəhayət Çin iqlim böhranının əsas günahkarı kimi də ortaya çıxır, çünki sənayedə daş kömürdən istifadə etməkdən hələ də imtina eləmir.

Buna baxmayaraq hadisələrin inkişafının lazımsız müharibəyə apardığını görmək elə də çətin deyil. Müharibə böyük ehtimalla Si Tsiinpinin geri almağı həddindən artıq çox istədiyi Tayvana görə olacaq. Amerika isə hər nə qədər xarici məsuliyyətlərindən qaçmağa çalışsa da, Tayvanı müdafiə etməyə məcburdur. Lakin bu məcburiyyətə olan inam getdikcə azalmaq1daıdr və Şərqi Asiyada güclərin nisbəti də artıq dəyişməkdədir.

Əgər Amerika Çinin qarşısını almaq üüçün yetərli olmazsa və Çin qəfil hücuma keçərsə, onda Amerikanın qarşısında iki çox pis seçim olacaq, Ya uzun müddət davam edən ağır müharibəyə girməli, ya da 1956-cı ildə Süveyşdə olduğu kimi geri çəkilməlidir.

Çörçil “Yaxınlaşan fırtına” kitabının sonunda “xəyallardansa faktlar yaxşıdır” nəticəsinə gəlir. Son illər Amerikan liderləri xəyal etməyi çox sevirlər. MühafizəKar Amerika cəmiyyəti Buşun rəhbərliyi altında “bütün cəbhələrə hakim olmaq” fantaziyasından Tramın “Amerika qətliamı”nın qara kabusuna qədər irəliləyiblər. İndi isə qarşıdan qlobal fırtına gəlməkdədir. Artıq etiraf etmək zamanıdır ki, imperiyaların dinç yolla çöküşünün mümkün olmadığını Çörçil hamıdan yaxşı başa düşürdü.

Müəllif haqqında: Nil Nil Ferqyuson - Huver institutunun baş elmi işçisi, siyasi və iqtisadi məsələlər üzrə məsləhət firması “Greenmantle”nin icracı direktorudur. Onun son kitabı “Ölüm: fəlakət siyasəti” (Doom: The Politics of Catastrophe, 2021) adlanır.

Məqalə kiçik ixtisarla tərcümə olunub.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar