Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan mütəxəssislərinin sülh səylərini alqışlayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar AzərbaycanErmənistandan olan mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini alqışlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

O, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələrin çoxsaylı çağırışlar və yüksək emosiyalarla müşayiət olunduğunu etiraf edib. Toyvo Klaar tərəfələrin dialoq qurmaq, etimad yaratmaq səylərini davam etdirmək əzmini alqışlayıb.

Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, erməni və azərbaycanlı mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini təqdir edir.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bununla Aİ-nin davamlı sülhə sadiqliyini bir daha təsdiqləyib.

Qeyd edək ki, iyunun 29-30-da Gürcüstanın Kaxreti şəhərində Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “dəyirmi masa”da erməni və azərbaycanlı mütəxəssis bir araya gəlib. Onlar Aİ, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan həmkarları ilə birlikdə dinc Cənubi Qafqazın gələcəyi üçün mümkün ssenariləri müzakirə ediblər.

Müzakirələr iqtisadiyyat və kommunikasiyalar, təhlükəsizlik, idarəetmə və mədəniyyət siyasəti sahələrində ssenariləri əhatə edib və uzun müddətli bir çox problemin həlli perspektivlərini yaxşılaşdırmaq üçün milli hökumətlər, vətəndaş cəmiyyəti və xarici aktorlar tərəfindən atılacaq mümkün addımlar qiymətləndirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar