Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda iki qrup arasında silahlı insident: Saxlanılanlar var - Video

Abşeron rayonunda iki qrup arasında yaranan mübahisə zamanı odlu silahdan istifadə edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bir neçə gün əvvəl Xırdalan şəhəri ərazisində odlu silahdan atəş açılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən edilib ki, Xırdalan şəhər sakini Səlcuq Osmanlı tanışı Məmmədhüseyn Qurbanovla birlikdə əvvəlcədən etdikləri mübahisəni davam etdirmək məqsədi ilə Xırdalan şəhəri ərazisində Tural Qurbanzadə və Səbuhi Əliyevlə görüşüb. Daha sonra Səlcuq Osmanlı üzərində olan odlu silahla həmin şəxslərə və onların olduqları “Toyota” markalı avtomobilə atəş açıb. 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində odlu silahdan istifadə edən Səlcuq Osmanlı, həmçinin Məmmədhüseyn Qurbanov, mübahisənin digər iştirakçıları Tural Qurbanzadə və Səbuhi Əliyev saxlanılıblar. Səlcuq Osmanlının yaşadığı evə baxış zamanı hadisə vaxtı istifadə etdiyi 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 1 ədəd daraq aşkar edilib. Bundan əlavə hadisə yerindən 7 ədəd boş giliz də götürülərək ekspertizaya təqdim edilib. Səlcuq Osmanlıdan aşkar edilən “Makarov”  markalı tapançanın digər hadisələrdə istifadə olunub-olunmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

pia.az 


Etiket: İnsident


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Ən çox oxunanalar