Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hüseynbalanın videosu əxalqsızlıq deyil, əxlaqsızlıq - Hüseynbalanın yazıçı olmasıdır" - Mais Əlizadə

"Hüseynbala Mirələmov sistemin baronlarından biridir, onu tərifləmək üçün növbəyə durmayan akademiklər öz yerində,tərifləməyə hazır olmayan neçə professor vardı? Onların Hüseynbaladan nə fərqi var?.."

PİA.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist, tərcüməçi Mais Əlizadə sosial şəbəkədə yazıb.

Qeyd edək ki, dünən sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə əxlaqsız videosu yayılıb.

Mais Əlizadənin Hüseynbala Mirələmovla bağlı şərhini təqdim edirik:

"Bir anlığa düşünün ki,Azərbaycandan Hüseynbala Mirələmov adlı bir adam gəlib desin ki,mən həm dövlət məmuruyam həm millət vəkiliyəm, (əslində ən böyük absurd dövlət məmurunun həm də millət vəkili olmasıdır) həm də ölkənin ən "istehsalçı" yazarıyam- adınız kimi əmin olun ki,təəccübdən hamının ağzı açıla qalacaq.

Çünki Mirələmovun daşığı epitetlərin hər biri gündə ən azı 10 saat işləməyi tələb edir"

Mərhum Erbakan demişkən, yahu, həyatınızda bircə dəfə də öndə gedin, niyə həmişə ortaya bir "şey" atılandan sonra xor kapellanızın səsi yarım gün ərşə çıxıb kəsilir?

Bir neçə istisnadan başqa qələminizi (əgər qələmdirsə) 1 mənzilə satandan sonra niyə ağlaşma qurursunuz ki, kitablarımızı öz pulumuza 50-100 ədəd çap etdirib özümüz satırıq?

Hüseynbala Mirələmov sistemin baronlarından biridir, onu tərifləmək üçün növbəyə durmayan akademiklər öz yerində,tərifləməyə hazır olmayan neçə professor vardı? Onların Hüseynbaladan nə fərqi var?

Bu gün onların hansı deyə bilər ki, Hüseynbala yaxşı yazardır, ona görə onu yağlamışam, duzlamışam, dəsmallamışam. Hüseynbalanın videosu əxalqsızlıq deyil, əxlaqsızlıq - Hüseynbalanın yazıçı olmasıdır, onun əsərlərini dram teatrının repertuarına daxil edənlərdir,əxlaqsızlar onu yazıçı kimi topluma sırıyanlardır.

Şərəf və heysiyyətini qoruyan qələm sahiblərinə sayğılarımla..."

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar