Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Riyakardılar səslərini də çıxarmırlar“


“Cənab Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin davamıdır”


PİA.AZ xəbər verir ki, bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq humanizim siyasəti daim davam etdirilib: “Ümummilli lider hakimiyyətə gələn kimi ölüm hökmünə moratorium qoydu. O dövrdən başlayaraq heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan ümumiyyətlə, ölüm hökmü ləğv edildi. Ümummilli liderin dövründə də, cənab Prezident İlham Əliyevin dövründə də dəfələrlə amnistiya və əfv sərəncamları imzalanıb ki, bu aktlar kifayət qədər insanlara şamil olunub. Heydər Əliyev siyasətində həmişə humanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir. İndi isə Novruz bayramı ilə əlaqədar möhtərəm Prezidentimiz əfv sərəncamı imzaladı və bu kifayət qədər insana şamil olundu ki, onlar da bu bayramı öz evlərində keçirəcəklər”.

S.Novruzov daim Azərbaycanı qərəzli şəkildə tənqid edən beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyinə də toxunub. O qeyd edib ki, belə təşkilatlar bu cür humanist addımlar atılanda səslərini çıxarmırlar: “Təbii ki, belə humanist addımları dilə gətirmək onlara sərf etmir, çünki nə qədər bu məsələləri gərginləşdirsələr, onlara bir o qədər sərfəlidir. Ona görə ki, onların humanizm prinsipi yoxdur, onların prinsipi odur ki, Azərbaycana necə təzyiq göstərsinlər, necə ikili standartlarla, necə riyakarlıqla Azərbaycana qarşı addımlar atsınlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar