Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Son hadisələrdən sonra Paşinyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna qarşı loyal qalacaq?...

Zeynal Əmrəliyev: “Paşinyan mümkün qədər tez Rusiya qoşunlarını ölkəsindən çıxarmaq istəyirdi, lakin aksiyalar onun işini bir qədər ləngidəcək”.

Rusiya qoşunlarının xüsusilə Azərbaycan-Ermənistan sərhədindən çıxarılması da xüsusi düşündürücüdür. Görünür ki, Paşinyan rus hərbçilərinin və onların dəstəklədiyi Ermənistan ordusu daxilindəki qrupların sərhəddə hansısa bir təxribat hərəkətindən ehtiyyat edir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Rusiya hərbçilərinin Ermənistandan çıxarılması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüşdə Ermənistandakı Rusiya hərbçiləri Azərbaycanla sərhəddən geri çəkilməsi razılaşdırılıb. Lakin Türkiyə və İranla Ermənistanın sərhədlərini rus hərbçilərinin qoruması hələ də davam edəcək.

Bu addımı Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasının başlanğıcı kimi dəyərləndirmək olarmı? Ümumiyyətlə, son hadisələrdən sonra Paşinyanın Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna qarşı loyal qalacağına ehtimal vermək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Ermənistan hökuməti mümkün qədər həm sərhəddə, həm də ölkə daxilində sabitliyin qorunması üçün çalışır”.

Rusiyanın Ermənistan ordusu daxilində 5-ci kolonunu tam aktiv hala gətirmək və Paşinyanı devirə bilmək gücünü vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, buna görə hələ ki, hökumət Rusiya qoşunlarını tam çıxarmaq üçün riskə getmir:

“Zınn edirəm ki, uzun müddətdir ki, Paşinyan ölkəsində Rusiyanın hərbi mövcudluğuna son qoymaq barədə düşünür. Bununla bağlı fərqli addımlar atılıb. Çünki Rusiya hərbçilərinin Ermənistanda mövcudluğu bu ölkənin Qərbə inteqrasiyası yoluna ən böyük maneə, eyni zamanda Ermənistanın suveren siyasət aparması üçün də mühüm əngəldir.

Rusiya qoşunlarının xüsusilə Azərbaycan-Ermənistan sərhədindən çıxarılması da xüsusi düşündürücüdür. Görünür ki, Paşinyan rus hərbçilərinin və onların dəstəklədiyi Ermənistan ordusu daxilindəki qrupların sərhəddə hansısa bir təxribat hərəkətindən ehtiyat edir. Buna görə də Azərbaycanla sərhəddən çəkilmək məsələsində xüsusi israr edib.

Zeynal Əmrəliyev: “Rusiya Ermənistandan çıxmaq istəmir. Aksiyalardakı məqsədlərdən biri də budur”.

Hazırda baş verəcək gərginlik Ermənistanın zərərinə olacaq və Paşinyan bunun fərqindədir. Müxalifətin aksiyaları da güclənib. Ermənistan hökuməti mümkün qədər həm sərhəddə, həm də digər ölkə daxilində sabitliyin qorunması üçün çalışır. Müxalifət vəziyyətdən maksimum istifadə etməyə çalışacaq. Aksiyalarda iştirak edənlərdən böyük ağırlıq elə Rusiya meyilli qüvvələrin üzərinə düşür. Rusiya Ermənistandan çıxmaq istəmir. Aksiyalardakı məqsədlərdən biri də budur.

Paşinyan mümkün qədər tez Rusiya qoşunlarını ölkəsindən çıxarmaq istəyirdi, lakin aksiyalar onun işini bir qədər ləngidıcək. İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır. Çünki Rusiya Ermənistan ordusu daxilindəki 5-ci kolonunu aktiv hala gətirə və Paşinyanı devirə bilər. Buna görə də, hələ ki, hökumət Rusiya qoşunlarını tam çıxarmaq üçün riskə getmir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Ən çox oxunanalar