Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib...

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Həsənov Elvin Valeh oğlu, Cavadov Emin Seyfulla oğlu, Məsimov Zabit Cəfər oğlu, Məmmədov Əli Teymur oğlu və Süleymanov Mikayıl Fikrət oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Süleymanov Mikayıl Fikrət oğlunun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətini, Cavadov Emin Seyfulla oğlu, Məsimov Zabit Cəfər oğlu, Məmmədov Əli Teymur oğlu xeyli miqdarda, Həsənov Elvin Valeh oğlunun isə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq mayın 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Poliqon info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

Aktrisa Sevinc Əliyeva açıq-saçıq səhnələr barədə danışdı: "Pula görə işləmişəm"

İntiqam Cümşüdov Xətai icra başçısının müavini təyin ediləcək? - Oliqarx məmur olimpə doğru...

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev kimdir? – Dosye

Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşüb

İranda prezident seçkilərində namizədlərin qeydiyyatı üçün verilən müddət başa çatıb

Bakıda ikiqat ölüm: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü

Ən çox oxunanalar