Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: Faktiki olaraq Rusiya da Qərb idarəetmə modelinə keçir...

Putin iqtisadçı Andrey Belousovu müdafiə naziri postuna gətirib...

İqtisadçı-ekspert: “Şoyqunun sırf mülki bir şəxslə, heç vaxt əsgərlikdə belə olmayan ali kibernetika, daha doğrusu riyazi hesablamalarla, iqtisadiyyatın riyazi modelləşdirməsilə məşğul olan biri ilə əvəz etməsi onu deməyə əsas verir ki, Müdafiə Nazirliyində büdcənin kəskin artımı nəzərə alınıb”.

“Çox qəribədir ki, bu həm də Qərb modelinə keçiddir. Qərb ölkələrində də müdafiə naziri mülki şəxs olur və ordunun sırf hərbi hazırlığıyla baş qərargah məşqul olur”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya prezidenti Vladimir Putin yeni kabinetini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Rusiya prezidenti Vladimir Putin yeni kabinetdə güc nazirlərini təyinatı üçün Federasiya Şurasına müraciət edib. Yeni təyinatlarda ən diqqət çəkən iqtisadçı Andrey Belousovun müdafiə naziri postuna gətirilməsi oldu.

Hazırda ağır şəraitdə müharibə aparan Rusiyanın müdafiə naziri kimi strateji posta hərbi sahə ilə heç bir zaman əlaqəli olmayan iqtisadçının gətirilməsi nədən xəbər verir? Bu təyinatı şərh edənlər qeyd edirlər ki, Putin bununla iqtisadiyyatı müharibə relslərinə keçirir. Total qaydada müharibə relsinə keçən Rusiya iqtisadiyyatı sanksiyalar şəraitində nə qədər effektli ola bilər və Qərblə rəqabətə davam gətirə bilərmi?

Rusiyada baş verən yeni təminatların nəticələrini Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Yerli istehsalın zəif olması, Çindən asılılığın kəskin artması Rusiyaya gələcəkdə problem yaradacaqmı? Əsas sual budur”.

Putinin ən çox güvəndiyi köməkçilərindən birini müdafiə naziri təyin etməklə ayrılan vəsaitin daha effektiv xərclənməsinə çalışacağını düşünən ekspert Poliqon-a bildirib ki, bu Rusiya prezidentinin əsas məqsəddir. Çünki Rusiya Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkələri fəaliyyət göstərir:

“Əslində Şoyqunun müdafiə nazirliyindən uzaqlaşdırılması gözlənilən idi. Bilirsiniz ki, bir neçə həftə bundan öncə onun ən yaxın dostu, ən yaxın adamı və son iyirmi ildə bir yerdə işlədikləri müavini Tumur İvanov rüşvət və korrupsiyaya görə həbs edildi. Çox güman ki, Şoyqu öz vəzifəsini itirməmək üçün müqavimət göstərirdi. Çünki Müdafiə Nazirliyi hər bir halda həm maddi nöqteyi nəzərdən, həm də nüfuz nöqteyi nəzərindən Təhlükəsizlik Şurasından daha öndədir. Təhlükəsizlik Şurası obrazlı desək bir növ fəxri təqaüd yeridir. Ona görə də gözlənilən idi ki, birinci müavinini və ən yaxın adamını həbs etməklə Şoyquya mesaj verdilər ki, hansısa bir müqavimət göstərməsin .

Şoyqunun sırf mülki bir şəxslə, heç vaxt əsgərlikdə belə olmayan ali kibernetika, daha doğrusu riyazi hesablamalarla, iqtisadiyyatın riyazi modelləşdirməsilə məşğul olan biri ilə əvəz olunması onu deməyə əsas verir ki, Müdafiə Nazirliyində büdcənin kəskin artımı nəzərə alınıb. Bildirim ki, Rusiya Müdafiə Nazirliyinin büdcəsi son iki ildə iki dəfə artıb. Yəni on milyardlarla dollara çatıb və çox böyük bir büdcə yaranıb. Bu büdcənin Rusiya reallığınını nəzərə alaraq deyə bilərik ki, kifayət qədər qeyri effektiv xərclənmələri, ciddi korrupsiya əməlləri də var idi. Putinin ən çox güvəndiyi köməkçilərindən birini müdafiə naziri təyin etməklə ayrılan vəsaitin daha effektiv xərclənməsinə çalışacaq. Yəqin ki, bu əsas məqsəddir. Rusiya Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkələri fəaliyyət göstərir.

Natiq Cəfərli: “Rusiya iqtisadiyyatının hərbi relsər üzərində keçirilməsini görürük. Bəli, bu baş verir, amma bunun nə qədər effektiv olacağını bir müddətdən sonra görmək mümkün olacaq”.

Çox qəribədir ki, bu həm də Qərb modelinə keçiddir. Qərb ölkələrində də müdafiə naziri mülki şəxs olur və ordunun sırf hərbi hissənin hazırlığıyla baş qərargah məşqul olur. Faktiki olaraq Rusiya da Qərbi nə qədər tənqid etsə də, Qərb idarəetmə modelinə keçir. Bu da maraqlı bir cəhddir.

Qeyd edim ki, Rusiya iqtisadiyyatının hərbi relsər üzərində keçirilməsini görürük. Bəli, bu baş verir, amma bunun nə qədər effektiv olacağını bir müddətdən sonra görmək mümkün olacaq. Çünki hərbi relslərə keçən iqtisadiyyat mülki ehtiyacları tam qaydada ödəyə biləcəkmi əsas sual budur.

İndi əsas hədəf hərbi sənayeyə yönəlib yüklənib. Amma bu o demək deyil ki, digər sahələrdə də, mülk sahədə effektiv idarə etmə tətbiq olunur. Problem buradadır. Çünki bu gün Rusiya iqtisadiyyatına baxanda görürük ki, istehlak malları, yəni qeyri-hərbi malların böyük bir hissəsi Çindən alınır. Yəni yerli istehsal çox zəifdir. Yerli istehsalın zəif olması, Çindən asılılığın kəskin artması Rusiyaya gələcəkdə problem yaradacaqmı? Əsas sual budur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycanın AXC-nin varisi olmasını Ermənistan niyə təhlükə kimi qəbul edir?

Ən çox oxunanalar