Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ danışıqlarında Ermənistanı yenə də Sərkisyan təmsil edəcək”


Erməni politoloqların fikrincə, Minsk Qrupunun həmsədr ölkələrinin yarışın ortasında oyunçuları dəyişdirmək həvəsi yoxdur


Ermənistanda hökumət başçısı və üzvləri artıq bəlli olub. Xəbər verildiyi kimi, yeni baş nazir Serj Sərkisyan keçmiş baş nazir Karen Karapetyanı özünə 1-ci müavin təyin edib.

Politoloq Ruben Mehrabyan erməni mediasına verdiyi müsahibədə Karen Karapetyanın təyinatını Serj Sərkisyanın hökumət daxilindəki balansı pozmamaq niyyəti ilə izah edib.

Ruben Mehrabyan hesab edir ki, Karen Karapetyan müəyyən maraq qruplarını təmsil edən bir fiqurdur. “Bu qrup hakimiyyətdaxili “tortda” paya sahibdir. Serj Sərkisyanın özünün dediyi kimi, o, bu balansın pozulmamasının əsas qarantı olacaq. Bununla, S.Sərkisyan vətəndaşları narahat edən məsələlərdən daha çox öz istəyinin əsas olduğunu büruzə vermiş olub”, - politoloq qeyd edib.

R.Mehrabyan Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq danışıqlarda yenə də Serj Sərkisyanın rəhbərlik edəcəyini deyib: “Qarabağ probleminin nizamlanmasında kəskin dəyişiklik heç kimə sərf eləmir. Elə Minsk Qrupunun həmsədr ölkələrinin də yarışın ortasında oyunçuları dəyişdirmək həvəsi yoxdur. Özü də Qarabağ meydanı dünyada Qərb və Rusiyanın maraqlarının toqquşmadığı və bir-birləri ilə zidd düşmədiyi yeganə sahə sayılır”.

Mehrabyan yaxın vaxtlarda Qarabağ məsələsində düyümün çözülməsinin mümkün olmadığını, lakin münaqişənin idarə olunması yönündə cəhdlər olunacağını sözlərinə əlavə edib.

Qafqaz institutunun elmi əməkdaşı, politoloq Hrant Mikaelyan da icraedici gücün indən belə baş nazirə keçdiyi düşüncəsindədir. Lakin o, prezidentin də müəyyən məsələlərə təsir göstərəcəyini istisna etməyib.

Hrant Mikaelyan da Ruben Mehrabyan kimi Qarabağ probleminin nizamlanması prosesini Ermənistan tərəfdən Serj Sərksiyanın izləyəcəyini deyir.

“İstənilən halda Ermənistanın bu savaşda maraqları məsələsində ümumi anlayışlar var. Bu danışıqlarda Serj Sərkisyan qədər təcrübəlisi yoxdur. Doğrudur o, əvəzedilməz sayılmasa da, hər halda bu prosesdə olduqca vacib fiqur hesab olunur”, Mikaelyan bildirib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar